Çizkek resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 11 962
Səs ver:
(səs: 3)
Tərkibi:
2 paket yulaflı biskvit
150 qram kərə yağı
1 çay qaşığı darçın
1 çimdik duz

Kremi üçün:
1 stəkan şəkər tozu
2 yumurta
1 paket vanil
1/2 paket qabartma tozu
1 qutu krem (3 xörək qaşığı)
1 limon
50 qram holland pendiri
3-4 ədəd əridilmiş holland pendiri

Üstü üçün:
1 paket jele tozu
2 stəkan albalı şirəsi və ya limonad
2 xörək qaşığı şəkər tozu
Bir qədər su

Bəzək üçün:
Çeşidli bəzək şəkərləri
Təzə nanə
Şokolad sousu

Hazırlanması:
Əvvəlcə 2 paket yulaf biskvitiləri qabda blender ilə əzin, toz halına salın. 150 qram kərə yağını tavada əridin, əzilmiş biskviti yağa əlavə edin. Darçın əlavə edin və qarışdırın. Qulplu kek qəlibinə qarışığı tökün, yayın, üzərindən azacıq basın, çox da dərin olmayan çuxur yaradın.
Ayrı bir qabda 2 yumurta və şəkər tozunu yaxşıca qarışdırın. Daha sonra oraya holland pendiri, əridilmiş pendir, vanil, un və qabartma tozunu qatıb qarışdırın, bu qarışığı kek qabındakı qarışığın üzərinə tökün, üstünü çay qaşığı ilə hamarlayın.
Daha sonra 200 dərəcəyə qədər qızdırılmış sobaya qoyun, üstü qızarana qədər bişirin, bişən kimi soyudun. Başqa qabda jel tozunu hazırlayın və kekin üzərinə ğökün.
Çizkeki soyuducuda soyudandan sonra zövqünüzə uyğun bəzəyin.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 11 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri