"Dəqiqə" piroqu resepti

Müəllif: Wiyinka
Şərhlər: 15
Baxılıb: 21 338
Səs ver:
(səs: 12)
Əgər evinizə qəfil qonaq gəlibsə, mütləq bu reseptdən istifadə edin. Bu dadlı və ləzzətli piroqun hazırlanması çox az vaxt tələb edir.

Tərkibi:
- un - 1 stəkan
- yumurta - 2 dənə
- süd - 1/2 stəkan
- kərə yağı - 250 qr
- şəkər tozu - 1/2-1 stəkan (zövqünüzə görə)
- qabartma tozu - 1 paket
- vanil - 1 paket
- qoz - 1 stəkan

Hazırlanması:
1. Yumurtanı şəkər tozu ilə yaxşı çalın. Kərə yağını əridin və yumutaya əlavə edib yaxşı qarışdırın.
2. Ayrı qabda unu ələyin və qabartma tozu əlavə edib qarışdırın. Blenderdə qozu xırdalayın və una əlavə edib yaxşı qarışdırın.
3. Unlu-qozlu kütləni yumurta kütləsi ilə yaxşı qarışdırın.
4. Xəmirə süd əlavə edin və axırıncı dəfə yaxşı qarışdırın.
5. Formaya kərə yağı çəkin və xəmiri formaya tökün.
6. Sobanı qabaqcadan 180 C kimi qızdırın və piroqu qızarana kimi sobada bişirin.
7. Piroq soyanda formadan çıxardın və üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!
(səs: 12)
Şərhlər: 15
Baxılıb: 21 338
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri