Dilbər dodağı şirniyyatı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 329
Səs ver:
(səs: 2)
Tərkibi:
2 ədəd iri yumurta,
1,5 qəhvə fincanı duru yağ,
1,5 qəhvə fincanı süd,
1 şorba qaşığı sirkə,
Yarım çay qaşığı duz,
250 q kərə yağı və ya marqarin,
Yetərin qədər un,
1 paket qabartma tozu,
250 q nişasta(xəmiri açmaq üçün),

Şərbəti üçün:
4 su stəkanı şəkər tozu,
4 su stəkanı su,
2\1 ədəd limon suyu,

İç üçün:
1 su stəkanı qoz və ya fındıq içi,

Hazırlanması:
Şirniyyatın hazırlanmasına şərbətdən başlayın.
Bir qazana şəkəri və suyu alaraq qaynadın.
Şərbəti qaynatdıqdan sonra vam odda 10-15 dəqiqə daha 1 saat qaynadaraq üzərinə limon suyu da əlavə edərək ocaqdan alın.
Yoğurma qabına 2 yumurta,1,5 fincan duru yağ,
1,5 fincan süd, 1 şorba qaşığı sirkə, və duzu da əlavə edərək möhkəm qarışdırın.
Üzərinə qabartma tozu əlavə edin.
Qulaq məməsi yumşaqlığında bir xəmir yoğurun.
Üzərini nəm bezlə örtərək 20-25 dəqiqə dincə qoyun.
Ardından dincələn xəmiri 20 ədəd kündələrə ayırın.
Hazırlanan kündələri nişastanın yardımı ilə açın.
Açılan yuxaların arasına nişasta səpərək 10 dənəsini üst -üstə qoyun və təkrar böyük açın.
Böyük açılan yuxalardan su stəkanının ağzı böyüklüyündə yuvarlaq halqalar kəsin.
Kəsilən yuvarlaq halqaların içərisinə fındıq və ya qoz qoyaraq poaça şəklində bükün.
Qalan kündələri də eyni qaydada hazırlayın.
Sonra yağlanmış fırın tabağına düzün.
Bir qazanda kərə yağını əridərək şirniyyatın üzərində gəzdirin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin.
Bir az soyuduqdan sonra üzərinə ilıq çərbət tökərək 1 saat gözləyin və servis edin

Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 6 329
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri