Ağlayan keks resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 10 941
Səs ver:
(səs: 1)
Tərkibi:
4 ədəd yumurta,
3 qəhvə fincanı şəkər,
3 qəhvə fincanı un,
1,5 yemək qaşığı kakao,
2 yemək qaşığı süd,
1 paket qabartma tozu,

Üzərinə:
Tökmək üçün 1 çay fincanı süd

Kremi üçün:
1 paket krem şanti

Sosu üçün:
1 çay fincanı süd,
1 yemək qaşığı un,
1 çay fincanı su,
1 yemək qaşığı kakao.

Hazırlaması:
Qarışdırma qabına, şəkəri alın.
Üzərinə yumurtaları qırın və köpükənənə qədər çırpın.
Daha sonra, südü, kakaonu da əlavə edərək çırpmağa davam edin.
Geniş bir qabda, un və qabartma tozunu da qarışdırma qabına alaraq çırpmaya davam edin.
Azca yağlanmış siniyə qarışığı tökün.
175 dərəcə istidə , yarım saat bişirin.
Keks bişincə,siniyə çıxardın.
Üzərinə 1 çay fincanı süd gəzdirib keksi soyumağa qoyun.
Bu arada sosunu hazırlayın.
Bunun üçün südü, qazana tökün.
Üzərinə unu, suyu və kakaonu töküb qarışdıraraq bişirin.
Krem şantiyi süd ilə çırpın və keksin üzərinə yayın.
Soyuyan sosu da keksin üzərinə yayın.
Soyuducuda bir az saxlayın.
Daha sonra dilimləyərək servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 10 941
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri