Portağallı keks resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 528
Səs ver:
(səs: 1)
Payız-qış mövsümünün sevilən meyvələrindən olan portağal şirniyyatlara da xüsusi dad verir. Odur ki hər hansı bir keksə təzə sıxılmış bol vitaminli portağal şirəsi əlavə edərək fərqli bir dada sahib portağallı keks hazırlaya bilərsiniz. Belə bir keks kiçikdən-böyüyə hər kəsin çay süfrəsində arzu etdiyi bir şirniyyatdır.

Əzizləriniz tərəfindən bol tərif eşitmək istəyirsinizsə Qadınlar.biz-in sizə təqdim etdiyi portağallı keks reseptindən istifadə edərək dadlı bir şirniyyat hazırlayın.

Tərkibi:
1 stəkan şəkər tozu
3 ədəd yumurta
1 stəkan süd
1 stəkan təzə sıxılmış portağal şirəsi
Yarım stəkan günəbaxan yağı
3 stəkan un
1 paket qabartma tozu
Az miqdarda darçın

Hazırlaması:
Əvvəlcə 3 ədəd yumurta ilə 1 stəkan şəkər topzunu köpüklənənə qədər yaxşıca çalın. Lazım olan qədər çaldıqdan sonra qarışımın üzərinə 1 stəkan südü və meyvə şirəsi də əlavə edib, mikser vasitəsi ilə çalmağa dava edin. Daha sonra qabartma tozu və günəbaxan yağını da əlavə edib, yavaş-yavaş un qataraq qarışdırmağa davam edin. Ən sonda darçın əlavə edib 180 dərəcə temperaturlu sobaya qoyub, keksinizi bişirin. 

Keksin üzərinə zövqə görə şəkər kirşanı da səpə bilərsiniz.

Sevdiyiniz hər kəsi çay süfrəsinə dəvət edib sevə-sevə nuş edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri