Şirin roll resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 432
Səs ver:
(səs: 2)
Tərkibi:
1 st. süd
100 q şokolad
3 yumurta
0,5 ç.q. soda
0,5 st. şəkər tozu
5 x.q. bitki yağı
1 x.q. kakao tozu
un
1 çimdik duz

İç üçün:
200 ml 35%-li qaymaq
200 q kəsmik
şəkər pudrası (zövqə görə)
ərik (təzə və ya konserv)

Hazırlanması:
Yumurtanın ağını sarısından ayırın. Yumurta ağlarına bir çimdik duz əlavə edərək möhkəm çalın, soyuducuya qoyun.

Yumurta sarılarını şəkər tozu ilə ağarıncayadək çalın. Bitki yağını əlavə edin. Sodanı sirkədə söndürüb əlavə edin.

Südü ocağın üstünə qoyun, qaynara düşəndə götürün, şokoladı əlavə edib əridin.

3/4 st. unu kakao tozu ilə qarışdırın.

Un və şokolad qarışığını yumurta sarılarına əlavə edin.

Lazım gələrsə, un bir qədər də əlavə edin (xəmirin qatılığı duru xama kimi olmalıdır).

Sonda çalınmış yumurta ağlarını əlavə edib ehtiyatla qarışdırın.

Alınan xəmirdən çox qızdırılmış tavada blinlər bişirin.

İç: 200 ml qaymağı çalın, 200 q kəsmik və zövqə görə şəkər tozu əlavə edin, mikserlə çalın.

Hazır blinçiklərin üzərinə kəsmikli iç çəkin.

Ərikləri dilimləyin. Blinçiklərin bir qırağından düzün.

Blini rulon kimi bükün. Kənarlarını kəsin.

Rulonları bir neçə yerə bölün.

Şokoladı bir qədər bitki yağı ilə birlikdə əridin (çox qatı olmasın). Rollun əvvəl bir, sonra digər ucunu, altını şokolada batırın. Boşqaba düzün. Üzərinə də qaşıqla şokolad çəkin. Soyuducuda bir neçə saat saxlayın.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 432
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri