Markiza tortu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 124
Səs ver:
(səs: 6)
Tərkibi: 
şəkərli korjlar üçün:

300 q marqarin (yaxud kərə yağı)
3 yumurtanın sarısı
3 st. un
1 ç. q. qabartma tozu
100-150 q qoz
 
merengi qatı:
3 yumurtanın ağı
1 st. şəkər pudrası
1/2 ç.q. limon şirəsi 
 
krem:
1 banka (380 q) bişmiş qatılaşdırılmış süd
300 q kərə yağı
10 q vanilli şəkər tozu
 
bəzək:
qovrulmuş keşyu
50-100 q tünd şokolad
50-100 q ağ şokolad
1 x.q. bal
3 x.q. şəkər tozu
1/2 ç.q. duz

Hazırlanması:
Korjı Unu qabartma tozu ilə qarışdırıb soyuq, kubik doğranmış yağla əlinizlə ovun, yumurta sarılarını əlavə edib xəmir yoğurun. 3 yerə bölüb soyuducuda 3 saat saxlayın. 
Soyuducudan çıxarıb 15-20 dəqiqə otaq temperaturunda saxlayın. 
Üç perqament parçasına 22 sm diametrli dairə çəkin. Xəmiri əlinizlə həmin dairələrin içinə yayın. Bütün korjların üzərinə bərabər qaydada xırdalanmış qoz səpin. Azca üstündən basıb xəmirə yapışdırın. 
Merengi: Yumurta ağlarını şəkər pudrası və limon şirəsi ilə möhkəm çalın. 
Bir korjun üzərinə bezenin 1/3-ni çəkin, qalanını soyuducuya qoyun (və hər bir hissəni növbəti korju bişirərkən çıxarıb xəmirin üzərinə çəkin). 170 dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə bişirin. Qızılı rəngə çalmalıdır. Bişmiş korju çıxarıb tam soyudun (ehtiyatlı olun, kövrək olur), sonra kağızdan aralayın. 
Krem: Bişmiş qatılaşdırılmış südü kərə yağı və vanilli şəkər tozu ilə çalın. 
Korjların arasına krem çəkməklə üst-üstə düzün, tortun kənarlarına və üstünə də krem çəkin. 
Ağ və tünd şokoladları xırdalayıb hərəsini ayrı-ayrı paketlərə qoyun, paketləri isə qaynar suya (paketlərin içinə su keçməsinə imkan verməyin). Şokolad əriyəndə paketin ucunu azacıq kəsin və tortun üzərinə aşağı-yuxarı eləməklə xaotik naxışlar çəkin - əvvəl tünd, sonra isə ağ şokoladla. 
Keşyunu qovurub tortun ortasına qoyun. 
Zövqə görə keşyunu dadlandırmaq da olar: bal, şəkər tozu və duzu qarışdırıb keşyunu bu qarışığa batırın, siniyə qoyub 170 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Sonra isə tortun üzərinə qoyun.

Nuş olsun!
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 5 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri