Çiyələkli keks resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 8 219
Səs ver:
(səs: 3)
Hazırlanma vaxtı:  1 saat
Tərkibi:

2 ədəd yumurta
1 stəkan şəkər tozu
250 ml qatıq
0,5 stəkan duru yağ (günəbaxan yağı)
2 stəkan un
10-15 ədəd çiyələk
100 qr xırdalanmış qoz ləpəsi
0,5 ç/q soda
vanil

Hazırlanması:
1. İlk öncə yumurta ilə şəkər tozu mikserlə qarışdırılır.

2. Sonra qatıq, yağ əlavə olunur mikserlə yaxşı qarışdırılır.

3. Üzərinə soda, vanil, un əlavə olunub aşağı sürətlə mikserlə qarışdırılır.

4. Alınmış xəmiri 26 sm diametri olan düzbucaqlı formalı qaba töküb ,üzərinə çiyələklər (mən mürəbbədəki çiyələklərdən istifadə etdim) düzülür və xırdalanmış qoz ləpəsi səpilir.

5. Əvvəlcədən 180 dərərcədə isidilmiş sobada 25 dəqiqə bişirilir.

 

 

 

 

 


Nuş olsun!
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 8 219
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri