Sacherin şokolad tort resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 092
Səs ver:
(səs: 5)
Tərkibi:
Biskvit üçün:

110 q kərə yağı
220 q şəkər tozu
6 yumurta (ağı və sarısı ayrılır)
130 q şokolad
150 q un

Qanaş üçün:
180 q tünd şokolad (50% və daha çox kakao)
150 ml qaymaq

Arası üçün:
150 q ərik konfitürü və ya cemi
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Hazırlanması:
Otaq temperaturunda olan kərə yağını şəkər tozunun yarısı ilə krem qatılığına gələnədək çalın. Yumurta sarılarını əlavə edib yenə çalın.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Yumurtaların ağını şəkər tozunun qalanı ilə merengi halına düşənədək çalın.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Şokoladı su hamamında əridin, yağlı-yumurta sarılı qarışığa əlavə edin.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Çalın.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Şokoladlı qarışığa merengini əlavə edin, üstünə unu ələyin.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Səliqə ilə, aşağıdan yuxarıya qaldırmaqla eynicinsli kütlə halına gələnədək qarışdırın. Çalışın, merenginin havasını çox çıxarmayasınız.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Siniyə perqament döşəyin, xəmiri içinə tökün. 180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin (sobalar fərqləndiyindən, əgər lazım gələrsə, bir qədər artıq bişirin). Sobadan çıxarın, 15 dəqiqə saxlayın, sonra formadan çıxarıb tam soyudun.

Qanaş: şokoladı xırda doğrayın. Qaymağı qaynara düşənədək qızdırın, şokoladın üzərinə əlavə edin, şokolad tam əriyənədək qarışdırın.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Qanaşı otaq temperaturunda 15 dəqiqə saxlayın.

Soyumuş biskviti ortadan iki korja bölün. Arasına ərik cemi və ya konfitürü çəkin. Tortun üzərinə qanaşı çəkin. Soyuducuda iki saat saxlayın. Süfrəyə çalınmış qaymaqla verə bilərsiniz.
Sacherin şokolad tort resepti - FOTO RESEPT

Nuş olsun!
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 6 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri