Tərkibi:
Xəmir üçün:
200 q kərə yağı, yaxud marqarin
3 yumurta
100 q şəkər tozu
250 q un
1 ç.q. qabartma tozu
1 çimdik duz
İç üçün:
2 alma
1 şaftalı
25 q kərə yağı
Üzəri üçün:
2 x.q. xırda suxarı
2 x.q. şəkər tozu
Hazırlanması:
Yumşaldılmış
marqarini şəkər tozu ilə çalın. Bir-bir yumurtaları əlavə edib, hər
birindən sonra yaxşıca qarışdırın. Ələnmiş unu, qabartma tozu və duzu
qarışdırın, yumurta qarışığına əlavə edin. Eynicinsli xəmir alınanadək
qarışdırın.
Hazır xəmir qaşıqdan ləng töküləcək qatılıqda olmalıdır.
Sinini
yağlayın, içinə un səpin, artığını qabı üzüaşağı çsevirməklə götürün.
Xəmiri içinə yayın, hamarlayın. Meyvələri dilimləyin. Suxarı ilə şəkər
tozunu qarışdırın. Meyvə dilimlərini yanaşı düzün, azca xəmirə basdırın.
Yağı xırda doğrayıb piroqun üstünə adda-budda düzün. Suxarı və şəkər tozu qarışığını üstünə səpin.
160 dərəcə qızdırılmış sobada 40 dəqiqə, üstü qızaranadək bişirin.