Kremli və yer fındıqlı keksler resepti

Müəllif: Gülşən
Şərhlər: 4
Baxılıb: 6 647
Səs ver:
(səs: 2)
Tərkibi:
3 yumurta
1 stəkan yarım şəkər tozu
1 stəkan duru yağ
1 stəkan qatıq
1 ç\q soda
1 paket vanel
1 paket kabartma tozu
2 stəkan un
 
Kremi üçün:
Qatlaşdırılmış süd
1 sana
 
Üzəri üçün: 
Yer fındığı
Qayısı qurusu
 
Hazırlanması:
Yumurta çalınır, üzərinə şəkər tozu əlavə edilib, qarışdırılır. Sonra yağ, qatıq, soda, vanel, kabartma tozu və un əlavə edib qarışdırılır.
200° dərəcədə isidilmiş sobada kiçik keks qablarında bişirilir.
Soyuduqdan sonra içi çay qaşığı ilə oyulur, krem vurulur. Üzəri xırda-xırda doğranmış qayısı qurusu və xırdalanmış yer fındığı ilə bəzədilir. 

Nuş olsun!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 6 647
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri