Göbələk peçenyası resepti

Müəllif: ulduz
Şərhlər: 7
Baxılıb: 9 435
Səs ver:
(səs: 3)
Tərkibi:
2 paket buğda nişastası
1 stəkan un
2 ədəd yumurta
1 paket marqarin
1 çay qaşığı qabartma tozu
1 paket pudra şəkəri

Üzərinə:
1 çay qaşığı kakao

Hazırlanması:
Geniş xəmir yoğurma qabında buğda nişastasını, 1 su stəkan unu, 2 ədəd yumurtanı, 1 paket otaq istiliyində yumşaldılmış marqarini, 1 çay qaşığı qabartma tozunu və 1 paket pudra şəkərini qarışdırın.

Xəmir yapışmayacaq şəklə gəlincəyə qədər onu yoğurun .

Soba qabının ölçüsündə yağlı kağız qoyun. Qabın içinə yerləştdirin.

Xəmirdən qoz böyüklüyündə parçalar qoparın.Əlinizdə yuvarlaq şəkil salın.

Kiçik xəmir toplarını nimçəyə düzün.Yuvarlaq kiçik bir şüşə qapağını kakaoya batırın.

Sonra kiçik xəmir topunun üzərinə batırln.

Əvvəlcədən orta alovda isidilmiş sobada piçenyalarin üzəri çox yüngül qızarana qədər bişirin.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 9 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri