Limonlu kokoslu tort resepti

Müəllif: Narın Yağış
Şərhlər: 8
Baxılıb: 4 669
Səs ver:
(səs: 2)
Xəmir (6 korj):
6 yumurta
6 x.q. şəkər tozu

limonlu kurd:
1/4 st. limon şirəsi
1/4 st. su
1 x.q. limon sedrası
2/3 st. şəkər tozu
3 yumurta

bəzək:

1 st. kokos yonqarı
çalınmış qaymaq
jelatin
limon

Hazırlanması:
Hər korj üçün 1 yumurta, 1 x.q. şəkər tozu və 1 x.q. un götürün. Hər korj üçün bu ərzağı ayrıca çalıb 180 dərəcə qızdırılmış sobada bişirin.
Limon şirəsinə şəkər tozu və limon sedrası əlavə edib ocağın üstünə qoyun. Qaynara düşəndə götürün. Yumurtaları çalın, çalmağı dayandırmadan qaynar limon şirəsini nazik axınla əlavə edin. Yenidən ocağın üstünə qoyun, qarışdırın, qaynara düşəndən sonra 5 dəqiqə, qatılaşanacan qarışdıraraq bişirin, başqa təmiz qaba tökün, üzərinə plyonka çəkib soyudun.
Hər biskvit korjunun üzərinə limonlu kurd çəkib kokos yonqarı səpin.
Sonuncu biskvitin üzərinə limonlu kurd çəkmək ləzım deyil.
Jelatini qablaşdırmasında göstərilən qaydada suda isladın. Şişəndən sonra ocağın üstünə qoyun, qaynara düşəndə götürün. Qaymağı çalın, jelatinlə birləşdirin, tortun üzərinə və kənarlarına bu qarışığı çəkin. Tortun üzərinə limonlu kurd çəkin.
Yarım stəkan kokos yonqarını 180 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək qovurun.
Bunu tortun kənarlarına səpin. Tortun üst hissəsində, kurdun kənarı ilə kremdən halqa çəkin, ortasına limon dilimləri qoyun.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 669
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri