Semifredo dondurması

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 1 901
Səs ver:
(səs: 1)
Tərkibi:
100 ml bal
8 yumurtanın sarısı
600 ml qaymaq (35%-li)
100 q şəkər pudrası (çox şirin xoşlamırsınızsa, azalda bilərsiniz)
1 paket vanil

karamelizə edilmiş qoz-fındıq üçün:
1 st. badam, yaxud qoz, fındıq
100 q qəhvəyi şəkər
2-3 x.q. su

Hazırlanması:
Balı qazana qoyub su hamamında əridin.
Yumurta sarılarını şəkər pudrası ilə su hamamında mikserlə çalın. Bu zaman altdakı qazandakı su qaynamalı, amma içində yumurta sarısı olan qazana bu su dəyməməlidir (ancaq buxarı). Uzun müddət çalmaq lazım gələcək, ən azı, 10 dəqiqə.

Mikseri söndürmədən yumşalmış balı da buraya əlavə edin. Bir müddət də çalın, kütlə bir neçə dəfə həcmcə böyüyəcək.

35% yağlılıqlı qaymağı vanillə qatı köpük alınanadək çalın. Sonra bunu ballı-yumurta sarılı kütləyə taxta qaşıq vasitəsilə əlavə edin.
Dondurmanı plastik formalara doldurub dondurucuya qoyun. Təxminən 10-12 saat saxlayın.

Qoz-fındığı karamelizə etmək üçün: qəhvəyi şəkəri tavaya töküb ocağın üstünə qoyun, badamı, yaxud qozla fındığı əlavə edin. 3 x.q. su tökməyi də unutmayın. Qarışdırın. Qatılaşanda götürün.

Süfrəyə verərkən dondurmanın üstünü karamelizə edilmiş qoz-fındıqla bəzəyin.

Semifredo dondurması

















Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 901
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri