"Tia Maria" tortu

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2536
Səs ver:
(səs: 0)
Tərkibi:
75 q un
30 q dənəvər qəhvə
3 yumurta
115 q şəkər tozu
1 limonun sedrası

İç:
175 q labne pendiri
1 x.q. bal
15 ml qəhvə likörü
50 q zəncəfil tozu

Sous:
225 q şəkər pudrası
1 x.q. su
2 x.q. şəkərsiz bişirilmiş qəhvə

Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın.
20 m diametrli kənarı açılan formanın içini yağlayın.
Unla qəhvəni qarışdırın.
Yumurta ilə şəkər tozunu başqa qabda krem halına gələnədək mikserlə çalın. Unlu qarışığı az-az əlavə edib qarışdırın. Xəmiri formanın içinə tökün. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Bişib-bişmədiyini diş və ya kibrit çöpüylə yoxlayın. Soyudun.
Labne pendiri ilə balı qarışdırın. Likörlə zəncəfil əlavə edib yenə qarışdırın.
Soyumuş biskviti eninə iki yerə bölün (2 korj alınacaq).
Bir korjun üzərinə kremi çəkin. Digər korju üzərinə qoyun.
Şəkər pudrası, su və şəkərsiz bişirilmiş qəhvəni qarışdırın. Tortun üzərinə çəkin.
Tortun bir neçə saat soyuducuda saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri