Dadlı borucuqlar

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 2 925
Səs ver:
(səs: 1)
Ərzaqlar:
Toyuq filesi – 200 qr
Qat-qat xəmir – 200-250 qr
Pendir – 50 qr
Soğan – 1 ədəd
Zövqə görə pomidor

Sous üçün:
Kərə yağı – 20-30 qr
Süd – 200 ml
Un – 20 qr
Duz, istiot

Hazırlanması:
Qat-qat xəmiri nazik hissələr formasında kəsin və konus formasında bükün. Əgər hazır konus formanız yoxdursa folqaya bükülmüş adı kartondan da düzəldə bilərsiniz. 180-200 C dərəcədə qızılı rəng alana qədər bişirin.
Soğanı doğrayın. Toyuq filesi və doğranmış soğanı yağda qovurun. Duz və istiot vurun.
Sousun hazırlanması:
Kərə yağını qızdırın, unu əlavə edib yaxşıca qarışdırın. Südün yarısını əlavə edib topa topa qalmaması üçün yaxşıca qarışdırın. Südün qalanını, duz və istiot vurub orta qatılıqda olana qədər bişirin. Zövqə görə muskat oryexi də vura bilərsiz.
Qovrulmuş toyuq filesinin üzərinə sürtgəcdən keçirilmiş pendir və pomidor əlavə edib qarışdırın. İçliyə sousu da əlavə edin. Ancaq az az əlavə edin ki, çox duru olmasın.
Truboçkaları hazır içlik ilə doldurub əvvəlcədən 180C dərəəcə qızdılırmış sobada 5-10 dəqiqə bişirin.

Dadlı borucuqlar













Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 925
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri