Şokoladlı-kokoslu tort - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 4 431
Səs ver:
(səs: 1)
Tərkibi:
250 q kokos yonqarı
4 yumurta
300 q şəkər tozu
1 çimdik duz
2 q vanil
400 ml qaymaq
400 q südlü şokolad

Hazırlanması:

Kokoslu biskvit: yumurta ilə şəkər tozunu eynicinsli kütlə alınanadək çalın. Bu qabı su hamamına qoyun. Amma qabın dibi suya dəyməsin. Qarışdıraraq 60 dərəcəyədək qızdırın. Su hamamından götürüb mikserlə 8 dəqiqə, tam soyuyanadək çalın.

Kokos yonqarını 2-3 dəfəyə əlavə edin. Bir tərəfə olmaqla ehtiyatla qarışdırın.

Perqament döşənmiş formaya xəmiri boşaldıb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Bişib-bişmədiyini çöplə yoxlayın. Hazır biskvit görünüşcə bezeye oxşayır. Amma üzəri qazmaq kimi olsa da, içi yumşaq alınır.

Biskvit soyuyan müddətdə qanaş hazırlayın: qaymağın içinə şokoladı xırdalayıb tökün, daim qarışdıraraq şokolad tam əriyəndə götürün, amma qaynatmayın. Üzərinə plyonka çəkib soyudun.

Kokoslu korju 3 yerə bölün. Hər birinin üzərinə qanaş çəkib üst-üstə yığın. Üzəri və kənarına da qanaş çəkin, hamarlayın.

Bəzək üçün aysinqdən istifadə edə bilərsiniz: yumurta ağı, şəkər pudrası və limon duzundan hazırlanmış kremdən perqamentin üzərinə qar dənəcikləri naxışları salın. Tam quruyandan sonra kağızdan ayırıb tortu bəzəyin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri