Şans peçenyesi resepti

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 6 218
Səs ver:
(səs: 3)
Tərkibi:
50 qram yumurta ağı
40 qram şəkər pudrası
45 qram əridilmiş kərə yağı
50 qram un
1 paket vanil

Hazırlanması:
Sobanı 200 dərəcə isidin. Yumurtanın ağını qarışdırıb azca köpürdün. Un, vanil və şəkər pudrasını qarışdırın. Ortasına oyuq açın. Əridilmiş kərə yağını əlavə edin. Qarışdırdıqdan sonra yumurta ağını da əlavə edin. Xəmiri sıxma torbasına qoyun və soba listinə yağlı kağız qoyun. Sıxma torbasının ucunu incə kəsin və yuvarlaq şəkildə yağlı kağızın üzərinə düzün. Sobada 5-6 dəqiqə bişirin. Sobadan çıxar- çıxmaz hazırladığınız dilək kağızlarını yumurlayıb xəmirin ortasına qoyun və yarım ay vəziyyətində bağlayın. Uc hissələrini bir-birinə yaxınlaşdırıb, bu şəkildə soyumağa qoyun.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 6 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri