Evdə ənciriniz varsa, ondan axşama dadlı keks hazırlamaq olar.

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 2 741
Səs ver:
(səs: 0)
Evdə ənciriniz varsa, ondan axşama dadlı keks hazırlamaq olar.
Qadınla.com dadından doymayacağınız əncir keksinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:
3 ədəd yumurta
1 stəkan şəkər tozu
½ stəkan zeytun yağı
10 ədəd quru əncir
2 stəkan un
1 ədəd sürtgəcdən keçirilmiş limon qabığı
1 paket qabartma tozu
1 paket vanil

Keks qabını yağlamaq üçün:
1 yemək qaşığı kərə yağı

Hazırlanması:
Quru əncirləri kub formasında doğrayın. Yumurta və şəkər tozunu köpük halına gələnə qədər qarışdırın. Zeytun yağı və süd əlavə edib qarışdırmağa davam edin. Ələnmiş unu az-az əlavə edin. Qabartma tozu və vanil tökün. Yaxşı qoxu verməsi üçün limon qabığı və darçın əlavə edə bilərsiniz.
Əncir parçalarını una bulayıb hazır olan keks qarışığına əlavə edin.
Keks qabını kərə yağı ilə yağlayın. Hazırladığınız əncirli qarışığı qaba tökün. Əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobada üzəri qızarana qədər bişirin. Daha sonra dilimləyib servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 741
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri