Türk paxlavasının BİŞİRİLMƏ QAYDASI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 887
Səs ver:
(səs: 2)
Lazım olanlar:

1 kilo un
3 yumurta
10 qram duz
50 qram nişasta
1 kilo kərə yağı
500 qram yaşıl fıstıq (üyüdülmüş)
500 qram süd
750 qram şəkər tozu
350 qram su
Nişasta

Şərbətin hazırlanması:

1 kilo şəkər tozunu 350 qram su ilə mət olana qədər qaynadın.

Paxlavanın hazırlanması:

Una yumurta, duz və süd töküb yoğurun. Daha sonra xəmirdən qoz böyüklüyündə kündələr hazırlayın. Kündələrdən nişasta köməyi ilə nazik yuxalar yayın. Daha sonra soba qabına iki yuxa sərin və üzərinə üyüdülmüş fıstığı səpin. 12-14 qata qədər bunu təkrara edin. Daha sonra paxlavanızı kəsib üzərinə əritdiyiniz kərə yağını gəzdirin və sobaya qoyun. Üstü qızardıqdan sonra sobadan çıxarın və üzərinə qaşıqla şərbət gəzdirin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 3 887
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri