Küçə dəbindən öyrənəcəyiniz 5 dəbli məsləhət

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 5 475
Bölmə: Moda
Səs ver:
(səs: 2)
Həmişə olduğu kimi, küçə dəbi ilham mənbəyimiz olmağa davam edir. Və bu ilham mənbəyinin arasında bir neçə parça var ki, qarderbomuza mütləq əlavə etməliyik. Elə buna görə də, sizə tərzinizi dəyişəcək və küçə dəbindən ilhamlanacağınız 5 dəbli məsləhətimizi təqdim edirik.

Sneakerlər

Rəngli ya da ki, rəngsiz sneakerlər istənilən geyim tərzinizə rahatlıqla uyğunlaşa bilər. Eyni zamanda da, görünüşünüzə tərz qatacaq yetərli parçadır.


Fərqli kəsimli köynəklər

Fərqli kəsimli köynəklər klassik kəsimli köynəklərin rəqibidir. Bu baxımdan bu cür köynəklər də qarderobunuzda mütləq olmalıdır. Ətəklər, cins şalvarlar ilə dəstləşdirməkdən zövq alacağınız fərqli kəsimli köynəklərinizlı sallanan rəngli sırqalarınızı taxa bilərsiniz.


Kəmərlər

Küçə dəbinin Olivia Palermo-su olmaq üçün belinizə kəmər taxmağınız kifayətdir. Kəmərlər belinizi ön plana çıxardaraq sizi daha incə göstərəcək. Kəmərləri cins şalvarlarınızla, donlarınızla ya da rəngli jaketlərinizlə istifadə edə bilərsiniz.


Pijama kostyumlar

Yataqdan qalxan kimi küçəyə çıxmaq dövründə yaşayırıq. Rəngli, xüsusilə də, saten parçadan olanlar sizi küçə dəbinin ən şıq qadını edə bilər. Bu cür geyimlərə yaraşan ən yaxşı parçalar isə stiletto tərzli dabanlı ayaqqabılar və sneakerlərdir.


Ağ t-shirtlər

Ağ t-shirtlər qarderobun əsasını təşkil edən parçadır. Bu köynəkləri asanlıqla şalvarlarınız, ətəkləriniz, şortiklərinizlə dəstləşdirib dəbli görünə bilərsiniz. Eyni zamanda ağ köynəkləri incə ipli donlarınızla da geyinə bilərsiniz.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 475
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri