Havaların
isinməsi ilə qadınlar gözəlliyinə daha çox fikir verir. Rəngli
geyimlər, baxımlı saçlar, cəlbedici baletkalar yazın sevimli
geyimləridir.
Bütün bu gözəlliklərdən əlavə yazda havaların isinməsi ilə allergiya,
günəş şüalarının mənfi təsiri yaranır. Buraya səhv seçilmiş aksessuarlar
əlavə edildiyi zaman allergik reaksiyalar artır. Bu isə allergik
dermatitə çevrilir.
Aksessuarların tərkibində olan maddələr dəiyə təmas edərək ortaya çıxan
bir xəstəlikdir. Diqqət edilmədiyi zaman həftələr, aylar illər, hətta
ömür boyu davam edə bilər.
Nikkel tərkibli sırğalar, nikkelə allergiyası olan qadınların qulağında
yaralar əmələ gətirir. Qulaq deşmək üçün istifadə edilən iynələr,
boyunbağı və başqa aksessuarlardan keçə bilər. Bədənimizin ən həssas
bölgəsi gözlərə makiyaj edilən zaman havada olan allergik təsirlər və
göz kölgələri allergiyaya səbəb olur.
Geyimlərdə istifadə edilən boyalar ən çox tərləyən bölgələrdə özünü göstərir.
Xüsusən də yaz aylarında tez-tez istifadə edilən qoltuq altı
antiperspirantlar, ayaq və əllər üçün plastik ayaqqabı və əlcəkdən
istifadə, xəstəliyin yaranmasına səbəb olur. Xəstəliyə səbəb olan
allergiya ilə təmas kəsilərsə, həkimin verdiyi dərmanlarla sağalmaq
mümkündür. Təmas davam edərsə, xəstəlik xroniki hal ala bilər.
Bunlara diqqət edin!
Allergiya yaradan təsiri tapın və ondan uzaq durun.
Allergiyanın nədən yarandığını bilmək üçün həkimə müraciət edin.
Aksessuar alarkən paslanmayan və qızılı rəngli alın.
Mümkün olduğu qədər kosmetik məhsullardan az istifadə edin.
Ucuz aksessuar və saç boyalarından uzaq durun. Tərkibində parafenilendiamin olan boyalar almayın.
Evdə iş görərkən astarı pambıqdan olan əlcəklər geyinin.