Açıq yaxa paltarlara istifadə edilən qəşəng
aksesuarlardan biri də boyunbağıdır şübhəsiz. Mən də yazın xəbərçisi
günəş hazır üzünü bizlərə göstərməyə başlamışkən mövsümün boyunbağı və
boyunbağı ucu trendlərini sizlər üçün araşdırdım.
Mövsümün hiti və modası heç keçməyən modellərdən biridir incə
boyunbağılar. İstəsəniz sadə boyunbağı ala bilər ucuna paltarınıza və ya
yumor anlayışınıza görə boyunbağı ucu-klon taxa bilərsiniz.