Sırğa seçiminizi üz formanıza görə edin

Müəllif: Zeynuş
Şərhlər: 7
Baxılıb: 16 198
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 4)
Sırğa qadınların görünüşünü daha cazibədar edə bilər, gözəlliyinə gözəllik qata bilər. Lakin sırğa seçiminin də incə nöqtələri vardır. Üz quruluşuna, geyilən paltara, saç modelinə qədər bir çox detala diqqət yetirmək lazımdır.

Yumru üz quruluşu olan xanımlar

Yumru üz quruluşuna sahibsinizsə, seçiminiz uzun, incə və bucaqlı sırğalar olmalıdır. Bu tərz sırğalar üzünüzü bir az uzun və bucaqlı göstərəcək. "Sallantılı sırğa" olaraq da bilinən uzun sırğaların oval formasında olanlarını seçim edə bilərsiniz. Kvadrat və düzbucaqlı olanları da bucaqlı sırğa olaraq taxa biləcəkləriniz arasındadır. Halqa sırğalardan, qısa və qalın olan sırğa növlərindən uzaq durun.

Oval üz quruluşu olan xanımlar
Bu klassik üz şəkli hər tərzdə sırğa ilə gözəl görünə bilər. Fərqli şəkillərdə sırğaları sınayaraq hansılarının daha çox yaraşdığına diqqət yetirərək öz tərzinizi meydana gətirə bilərsiniz. Damla şəklində sırğaları seçim edə bilərsiniz. Uzun sırğalar da sizə yaraşacaq. Brilyant və ya qiymətli daşlardan ibarət olan tək qaş sırğalar qısa saç modeli ilə istifadə edildiyində daha cazibədar bir görünüş verər. Bundan əlavə həddindən artıq uzun və incə sırğalardan qaçın.

Ürək formalı üz quruluşu olan xanımlar

Alt qisminə doğru genişlənən damla formasında olan sırğalar, çilçıraq formasındakılar və üçbucaq sırğalar seçimləriniz arasında olmalıdır. Oval və çevrə sırğaların yanında piramida şəklindəki sırğalar da sizə yaraşacaq. Çox qısa sırğalardan uzaq durun.

Kvadrat formalı üz quruluşu olan xanımlar

Yumru sırğalar sizin üçün ən yaxşı seçim olacaqdır. Çünki üzünüzün xətlərini "yumşaltmağa" köməkçi olar. Kobud bucaqlı və kvadrat formasındakı sırğalardan uzaq durun. Halqa, qıvrımlı, uzun, sallantılı damla şəklində və çox qatlı uzun sırğalar seçə biləcəyiniz sırğa kateqoriyasına daxildir.

Uzun və ya incə üz quruluşu olan xanımlar

Üç ölçülü sırğalar, üzünüzə dolğun bir görünüş verə bilər. Bu üz formasını dolğunlaşdırmaq üçün yumru, üçbucaq və kvadrat sırğalar seçim edilə bilər. Uzun və şişirdilmiş sırğalardan qaçın.

Üçbucaq formalı üz quruluşu olan xanımlar

Əgər üçbucaq bir üzə sahibsinizsə, iti üz xətlərinizi "yumşaldacaq" tərzdə sırğalar seçməlisiniz. Geniş, oval ya da kiçik dairəvi sırğalar sizə görədir.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 16 198
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri