Brumani 2015 aksesuar kolleksiyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 864
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 5)
Zərgərlik məhsullarına, dizayna, qiymətli daşlara, hər bir detalda mükəmməlliyə olan meyl, incəsənət və unikal əl işi – Brumani bu deməkdir.

Məşhur zərgərlik markası olan Brumani öz kolleksiyalarında həmişə Braziliya ruhu, qadın kainatı, incəsənət dünyası ilə dolu olan müasir bəzək əşyaları yaradır. Onlardan biri Baobá kolleksiyasıdır. Kolleksiya dörd variantda təqdim edilir. Baobá təraşsız akvamarin və yaqutlar, çəhrayı turmalin, Braziliya brilyantları, "qəhvəyi" və sarı qızılı özünə daxil edir.
Baobá Rosé kolleksiyasına brilyantlar, çəhrayı kvars və təraşsız turmalin, işıq saçan çəhrayı Braziliya qızılı xasdır.

Baobá Grass kolleksiyası yaşıl və limon rəngli haşiyələnməmiş kvars, nadir narıncı nar rəngli xrizoberil və "qəhvəyi" brilyantlarla sarı qızıldan hazırlanıb.
Baobá Paraíba kolleksiyası özünə ağ qızıl, brilyantlar, təraşsız akvamarinlər, nadir və qiymətli "cənnət" turmalinləri daxil edir.

Looping Shine kolleksiyasının əsasında qarşılıqlı münasibətlərin, təcrübənin vəhdəti dayanır. Almaz tozlu ikiqat təraşlı şəffaf kvarsın parlaqlığı ilə vəhdətdə çəhrayı qızıl və almazların yumşaqlığı ilə ifadə olunmuş hislər hər bir məhsulu daha canlı edir.

Brumani brendinin digər gözoxşayan kolleksiyası Corcovado-dur. Korkovadu dağı özündə sitrus tonlu sarı qızıl və rodoliti, ametistli çəhrayı qızıl və "mavi London" topazını birləşdirən kolleksiyanın yaradılması zamanı unikal ilham mənbəyi rolunu oynayıb.

 

 

 

 

 

(səs: 5)
Şərhlər: 7
Baxılıb: 3 864
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri