Piaget zərgərlik evinin "Secrets and Lights" adlanan yeni kolleksiyasını təqdim edib.
Yeni kolleksiyanın yaradılmasında zərgərlik ustaları Venesiyadan Səmərqəndədək olan zinət əşyaları ənənəsinə nəzər salıblar. Şərq ornamentlərilə zəngin zərgərlik nümunələrində brilyant, zümrüd, rubin, yaqut kimi qiymətli daşlardan istifadə olunub. Reklam kampaniyasının siması aktrisa Cessika Çesteyndir.