Qeyri-adi çətirlər - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 4 631
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 7)
Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Tarixən bu aksesuardan daha çox günəşdən qorunmaq üçün istifadə edilirdi. Hətta ingiliscədə "umbrella" sözü latın dilində kölgə mənasını verən "umbra" kəlməsindən yaranıb. Müasir dövrdə isə bu aksesuar bizi yağışdan, qardan qoruyur. 

Avropada çətirlər yun və kətan parçadan hazırlanır, su keçirməməsi üçün yağlanırdı. Bu da ona qara rəng verirdi. Digər qitələrdən fərqli olaraq Avropada çətirlər kişilər tərəfindən də mənimsənildi. Qara rəngli çətirlər kişilərin, ağ rəngli çətirlər isə qadınların ayrılmaz atributu oldu.

Yun parçaya yağ sürtülərək düzəldilən çətirlər sonradan başqa parçalardan düzəldilməyə başlansa da qara rəng su keçirməzliyin simvolu olaraq qaldı və əksər çətirlər qara rəngdə düzəldildi.

O dövrdən bu yana müəyyən dəyişikliklərə uğrayaraq bu günki günümüzə gəlib çıxan bu əşya, müasir dizaynerlər tərəfindən yenidən işlənilərək qeyri-adi formaları təqdim olunmaqdadır.

Qadınlar. biz onlardan bir neçəsini sizə təqdim edir.

Dizaynerlərin hazırladığı maraqlı çətirlərdən biri Holland rəssam Van Qoqun məşhur "Ulduzlu Gecə” əsərinin əks olunduğu çətirdir. Bu çətirin altında özünüzü sanki ulduzlu səmanın altında hiss edəcəksiniz .



Aerodinamik çətirlər - Yəqin ki, çoxunuz küləkli, yağmurlu havada çətir götürə bilmirsiniz. Külək əlimizdəki çətiri tərsinə çevirir. Dizaynerlər bu problemin həllini artıq tapıblar. Bunun üçün aerodinamik çətirlər işlənib hazırlandı. Təxminən 100m/saat sürətlə əsən küləyə davamlı bu çətirlər digərlərindən fərqli olaraq çevrilmir və heç bir deformasiyaya uğramır.

Bu çətirlər "küləklər şəhəri" Bakının havasına uyğunlaşdırılmış ən ideal seçimdir.



Dekorativ çətirlər - Qadınların sevimlisi olan bu çətirlər aksesuar kimi istifadə olunur. Guy de Jean şirkətinin dizaynerlərinin hazırladığı bu çətirlərlə ətrafdakıların diqqətini cəlb edə bilərsiniz.



Bəzən yağmurlu havalarda velosiped sürmək ev heyvanlarını gəzintiyə çıxarmaq çətinləşir. Bir əlinizdə çətirlə də velosiped sürmək mümkün deyil. Dizaynerlər insanların bu problemini də həll etmək üçün bir yol tapdılar. "Nubrella" adlanan tutacaqsız çətirlər istehsal olunmağa başladı.

Bakıda velosiped sürənlərin sayının günü gündən artdığını nəzərə alsa bu çətir paytaxt sakinlərinin işinə yarayacaq. 



Ürək formalı çətir - romantik, sevgi dolu anların xatırlandığı, bu çətirlər sevgililər günündə ən ideal hədiyyə hesab olunur. 



Qalxan formalı çətirlər - Qalxan şəkilli bu çətirlər külək və yağmur qarşısında bir qalxan təki sizi qoruyacaq. Daxilində xüsusi quraşdırılmış ip vasitəsilə istənilən ölçüyə sala biləcəyiniz bu çətirlər Tayvan dizaynerlər tərəfindən hazırlanmışdır.



Göy qurşağı çətirləri - Gününüzə xoş əhval ruhiyyə bəxş edən bu çətirlər göy qurşağının rənglərini özündə əks etdirirək soyuq yağmurlu havanın darıxdırıcı aurasından sizi xilas edəcək.



Dəbilqə çətir - dəbilqə formasında olan bu çətirlər başınıza keçirərək küləkli, yağmurlu havada tam müdafiə oluna bilərsiniz.



Bəzən əlimizdəki çətiri bir yerə söykəmədən istədiyimiz kimi yerləşdirə bilmirik. Bunun üçün çətir istehsalçıları tərs çətirlərin dizaynını işləyib hazırladılar. Onları tərsinə qatlayaraq asanlıqla asa bilərsiniz.



Dövrümüzdə hər kəsin ən böyük aslılığı telefondur. Yolda gedərkən telefonumuza gələn mesajlara cavab yazmadan dura bilmirsinizsə bu çətir sizin işinizə mütləq yarayacaq.

(səs: 7)
Şərhlər: 11
Baxılıb: 4 631
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri