Bu qışın dəbdə olan aksesuarları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 779
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 3)
Artıq payızın son ayını yaşayırıq. Qarşıdan qış gəlir. Çoxunuzu, əsasəndə aksesuar taxmağı sevən xanımları düşündürən mövzulardan biri də bu qış hansı aksesuarların dəbdə olacağıdır. Aksesuarlar geyindiyimiz geyimləri tamamlamaq üçün ideal vasitələrdir. Onları seçərkən rəng və ölçülərinə fikir vermək lazımdır ki, geyindiyiniz geyimlə ahəng yarada bilsin. 

Qadınlar.biz  sizlərə bu qış taxa biləcəyiniz ən dəbdə olan aksesuar modellərini təqdim edir.

Bu il böyük boyunbağılar, qalın kəmərlər, böyük sırğalar və dirsəyə qədər əlcəklər dəbdə olacaq. 

Mirvari boyunbağılar bu sezonun ən dəbdə olanlarındandır. Stella Mc Cartney bu sezon 2 cərgəli mirvariləri, Şanel mirvaridən qat-qat və uzun boyunbağıları, Gucci isə mirvarilərlə böyük üzüklər təklif etdi. 



Dirsəyə qədər əlcəklər bu ilin favoritlərindəndir. Dirsəyə qədər uzanan bu modellər sizə incə bir görkəm bəxş edəcək. Əsasən dəridən hazırlanmış formaları dəbdə olacaq.



Artıq bir neçə ildir ki, yaxa sancaqları çox populyardır. Bu il də dəb aləmində öz yerini tutan yaxa sancaqlarının qaşlarla bəzədilmiş, bir qədər böyük formaları dəbdə olacaq.



Keçən sezon incə kəmərlərlə, hətta ip şəkilli kəmərlərlə yadda qaldı. Bu qış nazik kəmərlərinizə vida edib, yeni qalın kəmərlər taxsanız dəblə ayaqlaşmış olarsınız.



Hər hansı bir metaldan hazırlanmış böyük boyunbağılar bu il dəbdə olacaq. Hətta bütöv sinəni tutacaq qədər böyüklükdə olan boyunbağıların sezonu başlayır desək yanılmarıq.



Bu sezon kürklərə donlarda, çantalarda və hətta ayaqqabılarda rast gəlsəniz heç də təəccüblənməyin. Çünki bu sezon onların sezonudur. Kürk yaxalı paltarlar şərflər dəbdə olacaq.



Keçən sezondan bəri dəbdə olan tək qulağa sırğa taxmaq yenə dəbdədir. Lakin bu qış bir qədər böyük sırğa taxmaq dəbdə olacaq. 
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 5 779
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri