Yaz mövsümünün ən dəbli günəş eynəkləri

Müəllif: Fialka
Şərhlər: 9
Baxılıb: 5 036
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 4)
Yaz aylarında ən çox istifadə edilən aksesuar şübhəsiz ki, günəş eynəkləri olur. Artıq uzun illərdir ki, günəş eynəkləri gözləri və göz ətrafı dərini günəşin zərərli şüalarından qoruyan vasitədən çox dəb oyuncağı hesab edilir. Saatlarda olduğu kimi günəş eynəklərinin də artıq öz funksiyasını yerinə yetirməsindən çox geyimlə, ilin trendləri ilə uyğunluğuna önəm verilir.
 
Adətən, yaz aylarında çərçivələri və şüşələri rəngarəng olan eynəklər dəbə minir. Maraqlıdır ki, moda dizaynerləri bu qaydanı pozmağa qərar veriblər.
 
Belə ki, bu il günəş eynəkləri əsasən qara rəngdə olacaq. Təbii ki, günəş eynəyi dedikdə ilk ağla gələn "Fendi”, "Ray Ban”, "Miu Miu”, "Chloe”, "Dolce & Gabbana”, "Prada” kimi brendlər öz ənənələrinə sadiq qalaraq qeyri-adi çərçivələrə və ya çərçivəyə yapışdırılan daş-qaş kimi detallara yenə üz tutublar.
 
Ancaq bu yaz mövsümü ötən illərdəkindən xeyli fərqlənəcək. Daha klassik seçimlər ön planda olacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 4)
Şərhlər: 9
Baxılıb: 5 036
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri