Modapərəstlərin çanta və ayaqqabı vəhdəti

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 3 699
Səs ver:
(səs: 2)
Çanta və ayaqqabının eyni rəngdə olması keçmişdən mənimsənilən dəb aksiomudur. Lakin bu gün əsl modapərəstlər bu qaydanı ciddi-cəhdlə pozmağa çalışır və bundan böyük zövq alır.
Bəs çanta ilə ayaqqabının fərqli rəngdə olması düzgündür?
 
İndi XX və XXI əsrin dəb qaydalarını pozmaq çox normal qəbul edilir. Cəsur qızlar artıq gümüşü və qızılı rəngləri birləşdirməkdən, qışda ağ geyinməkdən, müxtəlif  naxışları uzlaşdırmaqdan qorxmur. Üstəlik, modapərəstlərin ayaqqabı və çanta seçimi yuxarıda qeyd etdiyimiz aksiomu o qədər ciddi-cəhdlə inkar edir ki, o artıq dəb xətası sayılmır.  
 
Modern dəb bloqqerləri eyni rəngli ayaqqabı və çantaları bəyənmədiklərini və bu vəhdətin həddindən artıq düşünülmüş göründüyü ilə əsaslandırır.  
 
Köhnə qaydaların tərəfdarları isə demək olar ki, bütün hallarda eyni rəngdə çanta və ayaqqabı geyinən kraliça II Yelizavetanı nümunə göstərirlər. Amma mühafizəkarlar bu arqumentlərində haqlı deyillər. Birincisi, yarım əsrdən əvvəlki dəb qaydalarını tətbiq etmək bir qədər qəribədir. İkincisi, Britaniya kraliçasını bu və digər geyim tərzinə görə tənqid edirlər.
 
Bununla belə, çanta ilə ayaqqabını eyni rəngdə seçməyi ciddi qəbahət adlandırmaq olmaz.  Dizaynerlərin fikrincə, bu tandem artıq çox dəbli sayılmasa da, onların da yaşamaq hüququ var.
Xüsusilə, hər ikisi neytral rəngdədirsə, bu qayda yolveriləndir. Lakin  yaxşı olardı ki, çalarlar və ya heç olmasa, teksturalar bir-birindən seçilsin.
 
Çanta və ayaqqabı seçimində nəyə fikir vermək lazımdır?
 
*Yaxşı olardı ki, çanta obrazdakı hər hansı bir rənglə uzlaşsın. Yaxud çantanı başqa bir aksessuar: şərf və ya papaqla birləşdirmək olar. Onu qolbaq və ya üzüyün rənginə uyğun  da götürmək olar. Bu zaman ayaqqabının sakit rənglərdə olması vacibdir.  
 
*İndi hətta qəhvəyi ayaqqabı ilə qara çantanı birləşdirmək də dəb xətası sayılmır.
 
*Son vaxtlar eyni rəngli ayaqqabı və çanta seçmək aktual olmasa da, bəziləri bu vəhdəti klassika hesab edir. Məsələn, İrina Şeyk hələ də köhnə qaydaya əməl edir.
 
*Əgər eyni rəngdə ayaqqabı və çantanı birləşdirmək xoşunuza gəlmirsə, bir rəngin müxtəlif çalarları ilə oynamağa çalışın.
 
*Müxtəlif materialdan tikilən,  amma eyni rəngdə olan ayaqqabı və çantanın vəhdəti də çox gözəl görünür.
 
*İddialı qızlar müxtəlif naxışları birləşdirməyi sevir. Həmçinin, eyni naxışlar da maraqlı görünür.
 
*Üstündə həndəsi naxışların bol olduğu çantalar əksər hallarda birrəngli və cəlbedici olmayan ayaqqabı ilə yaxşı görünür.
 
*Neytral rəngli ayaqqabı ilə istənilən çantanı birləşdirmək olar. Bunun əksi də doğrudur: neytral çanta istənilən ayaqqabı ilə yola gedir.

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 699
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri