Ağ köynəyi geyinməyin 10 üsulu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3225
Səs ver:
(səs: 0)
Ağ köynək-hər zaman dəbdədir. Bu hər zaman aktualdır və hər hadisə üçün keçərlidir. Bu predmet hər il podiumlarda və bizim qarderoblarımızda meydana çıxır.

ELLE tərzinə görə ağ köynəyi geyinməyin 10 üsulu.

Yalnız bir hissəsini qatlayaraq

Ağ köynəyi geyinməyin 10 üsulu

“Ağ yaxalığın” sərt qaydalara uyması ikinci plana keçir və birinci yerə bilərək səliqəsizlik çıxır. Küçə tərzinin şahzadələri uzun köynəklərin yalnız bir hissəsini ətək və ya şalvarın içinə salır. Digər hissəsi isə bayırda qalır. Yaz obrazında belə tərz çox effektli görsənir.

Manjetdəki düymələr açıq qalır

Ağ köynəyi geyinməyin 10 üsulu

Bilərək səliqəsizlik anlayışının davamı olaraq manjetdəki düymələr bağlanmır. Belə variantda uzun qollar daha effektli görsənir. Pyeroda necə idi, xatırlayırsız?

Çiyini açıq

Ağ köynəyi geyinməyin 10 üsulu

Yazda da açmayıb, çiyninizi nə vaxt açacaqsız? İlin ən romantik fəslində yuxarıdakı bir neçə düyməni açın, Bir çiynini aşağı salın və ya elə bir dəfəlik mağazalarda bu cür kəsimli köynəkləri axtarın-onlar əsl hitdir.

Beldə bağlanan

Ağ köynəyi geyinməyin 10 üsulu

1990-illəri xatırlayırsız? “Vəhşi Mələk” serialındakı Natalya Oreyradan örnək götürərək hər kəs futbolkasının ətəyini düyünləyirdi. İndi bu məqam küçə tərzinin aparıcıları tərəfdən köynəklər üzərində uyğulanır.

Bir neçəsi bir arada

Ağ köynəyi geyinməyin 10 üsulu

Podiumlarda çox qatlılıq hakimdir. Balenciaga və Sacai fərqli əşyaları deyil, eyni şeyləri qarışdırmağı təklif edir. Məsələn bir neçə köynəyi birdən geyinin. Ciddi ofis dress kodu buna icazə verməz, amma, gündəlik küçə tərzinin elə istədiyi budur.

Paltar kimi

Ağ köynəyi geyinməyin 10 üsulu

Uzun köynək dövründə, onlar paltar funksiyasını yerinə yetirə bilər. Belə köynəkləri botfort, enli kəmər və ya kişi tərzi jaketlə kombin edə bilərsiniz.

Podtyajka ilə

Ağ köynəyi geyinməyin 10 üsulu

Bu element qarderobumuzda olduğu üçün Koko Şanelə təşəkkür etməliyik. Bu yaz onlar yenidən qayıdır və ağ köynək ilə birləşməsi çox effektli görsənir.

Vodolazka ilə

Ağ köynəyi geyinməyin 10 üsulu

1970-ci illərin dəbli kombinasiyası yenidən aktual tendensiyalar siyahısındadır. Stereotiplərin əksinə ağ köynəyin altından bej rəngdən, qaraya qədər hər rəng vodolazka geyinə bilərsiniz.

Jaket kimi

Ağ köynəyi geyinməyin 10 üsulu

Ağ köynəyi düymələməyin dəbli krop-topların üstündən geyinin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3225
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri