Trapes şalvarı necə geyinək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 13 477
Səs ver:
(səs: 4)
İnsana nostalji bir görünüş bəxş edən bu trapes şalvarlarla stil yaratmaq çox asandır. Bunun üçün 3 tövsiyəyə əməl edin, daha sonra trapes şalvar geyinə bilərsiz.

1. Düzgün şalvar seçin 
Çox arıq, ya da tam əksi, bir az kilolu ola bilərsiz. Hər iki halda da bu cür geniş balaqlı şalvarlar geyinə bilərsiz, ancaq ayaqlarınıza yapışan modellərdən uzaq durun. Orta genişlikdə bir şalvar daha idealdır. Bundan başqa şalvarın uzunluğu qısa olmamalıdır. Hətta oturduğunuz zaman belə ayaqlarınız görünməsin. Əlbəttə,  "küçələri süpürən uzunluqda bir şalvar geyinin” demirik. Sadəcə geyindiyiniz dikdaban ayaqqabının hündürlüyünə uyğun bir uzunluqda olsun.
 
2. Diqqət edilməli məqam ayaqqabıların çox görünməməsidir. 
Əgər boyunuz hündürdürsə, o zaman düz ayaqqabılarla da bu cür şalvar geyinə bilərsiz. Ancaq paçaların yeri süpürmədiyinə əmin olun.

3. Trapes şalvarla geyinə biləcəyiniz üst geyimlər. 
Bu şalvarlar bol kəsimli olduğundan üstümüzə qəşəng, kip oturan köynək geyinmək daha uyğundur. Qısa, əyninizə yaxşı oturan pencəklərlə çox gözəl görünər. Uzun köynək geyinsəniz, şalvarın içinə salın. Əgər enli köynək geyinmək istəyirsizsə, mütləq ortasından bir kəmər taxın.
(səs: 4)
Şərhlər: 15
Baxılıb: 13 477
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri