Maksi ətəklər bu cür geyinilir - Tövsiyələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 9 027
Səs ver:
(səs: 10)
Yayda daha çox geyindiyimiz maksi ətəkləri niyə qış aylarında da geyinməyək ki?! Xüsusən hündürboylu xanımların üstünlük verdiyi maksi ətəklərin istifadəsi rahat olsa da, kombinə edilməsi çox çətindir. Ətək uzun olduğundan üst geyim və ayaqqabı seçimi də çətinlik yaradır.  Maksi ətəkləri kombinə etmək üçün tövsiyələr təqdim edirik.

Maksi ətəklərin çox gen olmayanı, ya da omba bölgəsi çox geniş olmayanı oversized sviterlərlə daha yaxşı kombinə edilir. Sizi çox kök göstərəcəyinizi düşünürsüzsə, narahat olmayın. Bel nahiyənizə kəmər vura bilərsiz. Ətəklə eyni uzunluqda olan palto ya kurtkalar geyinməyin. Rəng uyumuna diqqət etməlisiz. Uzun palto geyinsəniz də, önünü bağlamayın.

Qısa dəri pencəklər və cins pencəklərlə yaratdığınız maksi ətək kombini yaz aylarına daha çox uyğundur. Lakin qışda da belə geyinmək istəyənlər oversized qalın şallardan istifadə edə bilər.

Jilet, ya blazer pencəklərlə kombinə edə bilərsiz.

Dar kəsim üst geyimlər, köynəklər, trikolarla maksi ətəkləri kombinə edə bilərsiz. Uzun köynəklərinizi ətəyin içinə salaraq geyinə bilərsiz.

Kəmərlə  görüntünü zənginləşdirmək olar.

Ayaqqabı seçərkən dikdaban ayaqqabı və çəkmələrdən istifadə edin. Babet, sneakerlər də geyinə bilərsiz.

İdman görünüşü əldə etmək üçünsə biker botlarla geyinin.
(səs: 10)
Şərhlər: 13
Baxılıb: 9 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri