Payızın bohem dəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3435
Bölmə: Moda » Geyimlər
Səs ver:
(səs: 4)
Yay aylarına damğa vuran bohem stili payızda da öz yüksəlişinə davam edəcək.


Bəs bohem stilini tərzimizə necə uyğunlaşdıra bilərik?

Yay fəslində bu, çox asan idi. Saçaqlı çanta, bol kəsimli don və rahat səndəl ilə bohem stilinə bürünmək olurdu. Əslində, payızda da bu zənn etdiyiniz qədər çətin olmayacaq. Çünki məşhur brendlərin hamısı kolleksiyalarına bohem stilinə uyğun geyim və aksessuarlar daxil ediblər. Sizə sadəcə, bir-birinə uyğun geyim və aksessuarları seçib düzgün kombinə etmək qalır.

Uzun donlar
Maksi donlar yenə dəbdə olacaq. Ancaq sadə, birrəngli donların dövrü bitib. İndi dəb çiçək printli donları diktə edir. Adətən soyuq havalarda solğun rəngli, naxışsız, sadə geyimlər geyinirdik. Lakin son illər moda mövsümlər arasındakı fərqi aradan qaldırdı. Odur ki, indi soyuq havalarda içimizi isidən, rəngarəng, naxışlı donları rahatlıqla geyinə bilərik.
Uzunqol bir donu bohem stilinə uyğun aksessuarlar ilə tamamlayın. Yağış yağsa və ya hava gözlədiyinizdən daha soyuq olsa, donun üstündən pencək geyinə bilərsiniz. Saçaqlı çanta, hündürdaban qısa çəkmələr və günəş eynəyi ilə küçə stilinizi zənginləşdirə bilərsiniz.

Saçaqlı çəkmələr
Bohem stili deyən kimi ağlımıza ilk növbədə saçaqlar gəlir. Bəli, saçaqları payız aylarında da hər yerdə görəcəyik. Xüsusilə də çəkmələrdə saçaq detalları diqqət çəkəcək. Belə iddialı çəkmələri sadə libaslarla geyinməyiniz məsləhətdir. Büzməli çanta, qızılı rəngli boyunbağı stilinizi tamamlayacaq aksessuarlar ola bilər.

Enlibalaq şalvar
Bohem stilin ayrılmaz tərkib hissələrindən biri də enlibalaqlardır. Enlibalaq şalvarı çiçək printli kofta və çiyinlərinizə atacağınız saçaqlı şal ilə kombinə edə bilərsiniz. Kiçik bir çanta, uzunboğaz çəkmələr, barmaqları dolduran çoxlu üzüklər və günəş eynəyi stilinizi vurğulayacaq.

 

 

(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri