Dəri yoxsa cins - yazda plaşınızı dəblə geyinin

Şərhlər: 5
Baxılıb: 4 906
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 2)
Yaz güllərin, quşların, böcəklərin, gözəl, günəşli havanın zamanı olduğu kimi pencəklərin, yüngül palto və plaşların da zamanıdır. Yazın gəlməsilə qarderoblardan çıxan plaşlar qadınların şıq geyimləri və yaxud da idman tərzli kombinlərilə  tamamladıqları ideal parçalardır. Plaşların daha çox bej rəngli olanları rastımıza çıxır, amma rəngarəng olanları da bu yaz dəbdə olacaq və sözsüz ki qarderobumuza da əlavə olunacaq. Əsas məsələ hansı rəng plaşı seçmək deyil, əsas onu yaz aylarında düzgün şəkildə dəstləşdirməkdir. Biz sizə bu mövzuda kömək edəcəyik və göstərəcəyik ki, ən dəbli plaşları necə və nə ilə geyinmək olar – klassik makintoş plaşlardan cinslər və dərilərə qədər olan formaları təqdim edəcəyik. 

Plaş – təkcə mövsümlərarası geyinmək üçün ideal parça deyil, həm də yaya doğru sərin havaların da gözəl, şıq parçasıdır. Həm də, plaşı gördükdə insan şkafın bir küncündəki isti gödəkçələri çıxarmaq istəmir. 

Seçim baxımından ən rahat klassik plaşlardır. Onları mübaliğəsiz istənilən parça ilə kombinləmək asandır. İş üçün ciddi geyimlər geyinirsiniz amma geyiminizi bir qədər yumşaltmaq istəsəniz plaşınızı idman və casual parçalarla uyğunlaşdıra bilərsiniz. 

Mütləq klassik plaş geyinmək istəsəniz, o zaman mövsümün ən aktual parçası olan 80-ci illərin üslubunda diz uzunluğunda modelləri seçin. 

Bu yazda dəbdə olacaq modellər arasında dəri, cins, krujevalı plaşlar da var ki, əvvəllər belə formalı plaşlar elə də, məşhur deyildi. Biz sizə bu yaz əsas iki trendə diqqət yönəltməyinizi məsləhət görürük – maksimum sadə kombin edəcəyiniz dəri və "qaynar trend” olan denim plaşlar.

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri