Çimərlik geyimləri necə seçilməlidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 806
Səs ver:
(səs: 2)

 Qumluqda istirahət etməyin əsil zamanıdır. Lakin təbii ki, sizi gözəl göstərəcək çimərlik geyimi ilə bu istirahətinizi daha da maraqlı edə bilərsiniz.

Əgər ombalarınız sinənizə görə daha böyükdürsə o zaman bikini seçərkən yuxarı hissənizi böyük, aşağı hissəni isə əksinə kiçik göstərə biləcək bir çimərlik geyimi modeli seçməlisiniz. Üst hissə üçün seçdiyinizin modelin rənginin açıq, o birisinin isə rənginin tünd və naxışsız olmasına diqqət yetirin.

Enli çiyinlər və qalın belə sahibsinizsə, bu o deməkdir ki, sizin bədən quruluşunuz alma tipi formasındadır. Belə bir bədəniniz varsa, bikininizin üzərinin üçbucaq olmasına fikir verin. Həddindən artıq aşağı bel modellərindən qaçın. Bu görkəminizə xələl gətirər.

Sinəniz böyük, ombanız isə nisbətən kiçikdirsə, deməli bədən tipiniz çiyələk bədən tipinə aiddir. Stilistlər bu cür bədəni olan xanımlara da bikini seçməkdə məsləhət veriblər. Böyük sinəni kiçik göstərə biləcək zolaqlı parçalara üstünlük verməyi onlar daha məqsədəuyğun hesab edir. Üçbucaq modellər də böyük sinəni kiçiltməyə kömək edir. Aşağı belli geyimlər isə sizin bədən tipiniz üçün ideal hesab olunur.

Əgər bədən quruluşunuz uzun və formasızdırsa ona bir az naxış və bər-bəzək verməyə dəyər. Beləki, kürək dekolteli modellər seçmək sizin üçün uğurlu seçimdir. Həndəsi, çiçəkli naxışlardan istədiyiniz kimi istifadə edə bilərsiniz.

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 5 806
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri