Alt paltarı seçiminizdə köməkçiniz: half-bra, büstqalter-balkonet

Şərhlər: 3
Baxılıb: 4 791
Səs ver:
(səs: 2)
Yaxşı seçilmiş alt paltarı istənilən geyimdə sizi cəlbedici göstərə bilər. Bununla yanaşı, rahatlıq və özgüvən hissi də verir. Seçdiyiniz yaxşı alt paltarı təkcə sizin yox, həm də, qarşı cinsin xoşuna gəlməlidir.

Son illərdə alt paltarı dünyasında şəffaflıq daha qabarıq şəkildə özünü göstərir. Bu mövsüm bir çox brendin kolleksiyasında olan tuman və büstqalterlər bədənin 95%-ini açıq saxlayır. Digər tendensiyalarda isə retro tərzli alt paltarları, romantik tərzli büstqalterlər və yüksəkbel tumanlar əks olunur. Ənənəvi krujeva və tor bu sahədə də əbədi, uğurlu tandemdir. Bu mövsüm eyni zamanda yüngül BDSM və qotik üslubları da trenddir. Rənglərə gəldikdə isə pastel çalarları bu yaz alt paltarlarında da hökmranlıq edəcək: lavanda, firuzəyi, açıq-sarıq, açıq-yaşıl, açıq-mavi və pudra çalarları. Belə rənglər sizə zərif və romantik obraz yaratmaqda kömək edəcək.
Qadın zərifliyini ifadə edən alt paltarları – 5 model
Araşdırdığımız bu modellər tək sizin üçün deyil, həm də, qarşı cinsi sevindirmək üçün də yetərlidir.

Half-bra

Bu büstqalterlər təxmin etdiyiniz kimi çox açıqdır və ingiliscədən tərcümədə "yarım-büstqalter” tərcümə olunur. Yarım-büstlqateri hər gün geyinmək elə də, rahat deyil. Amma xüsusi günlər və dəvətlər üçün çox idealdır. Sinəni çox gözəl dəstəkləmə xüsusiyyətinə malikdir. Half-bra hər bir qadının qarderobunda olmalıdır.

Büstqalter-balkonet

Sadə və ümumi olaraq onu qeyd edək ki, balkonet büstqalterlər çox cəlbedicidir. Sinəni yaxşı dəstəklədiyi üçün praktik olaraq hamı üçün uyğundur. Düzgün ölçünü seçməyiniz yetərlidir. Ən yaxşı seçim klassik çalarlı krujevalı büstqalter-balkonetdir.

Tanqa

Tanqa şalvar altında çox mükəmməl görünür. Arxa və öndən üçbucaq formasındadır. Half-bra üçün ən cəlbedici əlavədir. Gündəlik istifadə üçün çox rahatdır. 

Kəmərlər (strinq)

Hansı kişi qadında kəmərli tumanı sevmir? Düzdür, elə alt paltarlarını geyinmək bir çox xanımın seçimi deyil. Belə tumanlar da hər bir qadının qarderobunun "must have”idir. Amma sizə narahat olsa onları ənənəvi tumanlarla əvəz edə bilərsiniz.

Bütöv bədən

Demək olar ki, bütün brendlərin kolleksiyalarında bütöv bədən büstqalterlərə rast gəlmək olur. Onlar, əsasən, krujevalı, torlu və hörgülü formalarda olur. Və ya tamamilə şəffaf olanlardan yana da seçim edə bilərsiniz. Bu cür büstqalteri geyinmək və daşımaq çox rahatdır.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri