Hamiləlikdə geyim seçimi

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 5 057
Səs ver:
(səs: 0)
Hamiləlik zamanı qidalanmaya edilən diqqət geyimə də edilməlidir. Hamilələrin bədənlərinin nə qədərcə dəyişdiyi göz önündədir. Buna görə də sağlamlığında problem yaratmayan və rahat geyimlər seçilməlidir.

Hamiləlik zamanı necə geyinmək lazımdır?
Hamiləliyin rahat keçməsi ana və uşaq üçün çox vacibdir. Bu dönəmdə yaranan ən böyük problemlər hormon dəyişikliyi və alınan artıq çəkilərdir. Özəlliklə də qarın böyüdükdən sonra böyük geyimlərə üstünlük verilir. Hamiləlik boyu geyindiklərinizin içində rahat olmaqla yanaşı həm də, özünüzü cəlbedici hiss etməyiniz vacibdir. Belə olduğu halda siz xoşbəxt olarsınız və bu hissləri körpəyə də ötürərsiniz.

Hamilələr üçün alış-veriş
Qarnınız böyüyürsə və paltarlarınız sizə dar gəlirsə, o zaman alış-verişə çıxmaq lazımdır. Təkcə hamilə geyimləri satan mağazalar sizə sıxıcı gələ bilər. Buna görə də, özünüzü qısııtlamayın və digər mağazalara keçin. Hamiləlik zamanı çox gözəl bir stilə sahib ola biləcəyinizi unutmayın. Alış-veriş zamanı hamiləlik bitdikdən sonra da geyinə biləcəyiniza geyimlər almağa çalışın.

Hamilələr üçün parça seçimi
Hamiləlik zamanı bədənin istiliyi biraz artar. Buna görə də, sərin və sizi sıxmayan parçalar seçməlisiniz. Pambıq və ya kətan parçalar hamiləlik zamanı seçə biləcəyiniz parçalardandır. Qıç aylarında yun paltarlar seçərkən qaşındıran parçalar və boğazlı paltarlardan uzaq durmağınız məsləhətdir.

Hamilələr üçün rəng seçimi

Alıç-veriş edərkən əliniz ancaq qara paltarlara gedə bilər. Çünki, qara artıq çəkiləri gizlədə bilmək üçün istifadə edilən rənglərdəndir. Amma qara paltarlarla içinizi qaraltmaq yerinə, rəngli paltarlar seçərək stilinizə rəng qata bilərsiniz. Bədəninzdə hansısa hissəni gizlətmək istəyirsinizsə o hissə üçün qara paltarlar seə bilərsiniz. Naxışlı və ya cizgili paltarlar seçmək istəsəniz, uzununa cizgiləri olan və balaca naxışlı geyimləri seçməyiniz sizi arıq göstərəcək.

Hamiləlikdə ayaqqabı seçimi

Hamiləlik zamanı ən çox diqqət etməli olduğunuz mövzulardan biri də ayaqqabılardır. Ayaqlarınızın gün keçdikcə şişəcəyini nəzərə alaraq ayaqlarınızı sıxmayan ayaqqabılar seçməlisiniz. Dabanı düz ayaqqabılar sağlamlığınız üçün ziyanlı, hündür topuqlu ayaqqabılar isə narahat ola bilər. Buna görə də alçaq dabanlı ayaqqabılar seçməyiniz məsləhətdir. Unutmayın ki, hamiləlik zamanı ana və uşaq arasındaki əlaqə çox güclü olur. Siz özünüzü necə rahat, xoşbəxt hiss etsəniz körpənizdə elə hiss edəcək.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 057
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri