Dəbli hamiləlik tövsiyələri

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 603
Səs ver:
(səs: 0)
Hamiləlik hər qadının həyatının ən xoşbəxt dövrüdür. Bu zaman qadınlar həm daxilən, həm zahirən dəyişir. Təbii ki, görünüşlərində də dəyişikliklər etmək istəyirlər. Bu proses bir çox çətinliklərə səbəb olur. Çətinlik həm stereotip, həm seçim, həm də zövq fərqliliyindən irəli gəlir. Buna baxmayaraq hamilə xanımlar hər zaman dəbli görünüb rahat olmaq istəyirlər. İnce.az oxuculara, xüsusilə hamilə oxuculara dəbli hamiləlik mövzusunda faydalı məsləhətlər verir.

Ofis-Look

Dəbli hamiləlik tövsiyələri


Işə geyim seçmək xanımlar üçün ən problemli mövzulardan biridir. Hamilə xanımlar üçün isə bu problem ikiqat çətinlik yaradır. Səbəb isə xanımların həm ciddi həm dəbli görsənmək istəməsidir. Qarını gizlətmək üçün beli yarıdan kəsən jaketlər, qatlama kəmərli şalvar və ətəklər geyinmək tövsiyə olunur. Ballon-geyimlər, xüsusi biçimdə trikotaj futlyarlar da bu sıraya daxildir. Bundan əlavə belə geyimləri nəyin ki işə, başqa tədbirlərə də geyinmək olar.

Axşam-Look



Axşam tədbirləri hamilə xanımlar üçün yeni çətinliklər yaradır. Problem isə çox vaxt seçim azlığından olur. Lakin çıxış yolu var. Dizaynerlər artıq hamilə xanımlara axşam tədbirlərinə xüsusi geyim növləri təqdim edir. Bunlar arasında uzunluğu yerə qədər olan məxmər paltarlar, smokinq-kostyum, ağ köynək, zamşa şalvar və uzun jilet ahəngi yer alır.

Casual-Look



Rahat geyim deyiləndə hər zaman ilk növbədə boş geyimlər ağla gəlir. Lakin artıq boş geyimlərə başqa rahat alternativ geyimlər uydurmaq olar. Misal olaraq, yüngül palto, zamşa köynəklər, skinny şalvarlar, yun tükdən, ipəkdən, pambıqdan kostyumlar gətirmək olar. Əsas olan geyimdə təbii material seçməkdir. Bu geyimin daha rahat olmasına kömək edir. Beləliklə hamilə xanımlar həm dəbli, həm rahat, həm də gözəl görsənə bilər. Sadəcə olaraq səbirli olmaq lazımdır. Unutmayın ki, axtaran tapar!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 603
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri