Ofis üçün darıxdırıcı olmayan obrazlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 585
Səs ver:
(səs: 3)
Müasir xanımların həyatında iş mühüm rol oynayır. İş xanımlara özünü cəmiyyətdə təsdiq etmək şansı verir, sözün əsl mənasında, müstəqilliyinə imkan yaradır. İşgüzar xanımları başqalarından fərqləndirən əsas cəhətlərdən biri də ofis stilidir. Bu yazıda işgüzar xanımın dəbli payız obrazı haqqında danışacağıq.

İşlədiyiniz yerdə ciddi geyim qaydalarının olması o demək deyil ki, siz darıxdırıcı görünəcəksiniz. Müasir dövr və həyat tərzi xanımlara artıq istənilən paltarı geyinməyə, o cümlədən, işgüzar üsluba bəzi əlavələr etməyə icazə verir.

Müasir qadınların işgüzar üslubu artıq əvvəlki kimi sərt deyil. Buna əmin olmaq üçün ən yaxınlıqda yerləşən işgüzar geyim mağazasına daxil olmaq kifayətdir. İndi istənilən mağazadan çox rahatlıqla orijinal formada kostyum, ətək, ciddi şalvarlar, köynəklər tapa bilərsiniz.

İş xanımları ilə kişilərin ofis dress-kodu bir-birinə çox yaxın olsa da, qadınların işgüzar geyim qaydaları kişilərlə müqayisədə daha demokratikdir. Müasir xanımların işgüzar geyimi bir az qapalı, bir qədər təvazökar, amma olduqca müasir və cəlbedicidir. Məsələn, ciddi görünüşlü, amma qeyri-ənənəvi rəng tonu, klassik biçim və maraqlı (yaxalığın quruluşu, ciblərin forması, zərif broşlar) bir detal ola bilər. Qısası, işgüzar üslub sizə ciddiliyin və individuallığın ahəngini yaratmağa mane olmamalıdır.

Kostyumlar bu mövsüm yenə də dəbdə olacaq.

Ciddi işgüzar kostyumları, adətən, bank və dövlət qurumlarında çalışan işçilər geyinirlər. Lakin artıq bu sahədə işləməyən qızlar da böyük məmnuniyyətlə kostyum geyinirlər. Məsələn, dəb həftələrində qonaq qismində iştirak edən modabazlar sanki hamısı sözləşmiş kimi dəfilələrə bu görkəmdə gəlmişdilər.

Siz də ofis tərzi üçün çox şıq bir model seçin və kostyumun xanımlara da yaraşdığını hər kəsə göstərin. Üstəlik, pencək və şalvar dəstini fərqli şəkildə kombinə etmək mümkündür. Həmçinin başdan-başa eyni rəng geyinməyin sizi daha hündür və incə göstərəcəyini də unutmayın. Bu baxımdan kostyumlar daha incə görünməyi arzulayan qadınlar üçün mükəmməl seçimdi
 
Əgər hələ də ofis stilinin sıxıcı olduğunu iddia edirsinizsə, o halda  bizim seçdiyimiz fotolara nəzər salın. İnanırıq ki, bu şəkillər fikrinizi dəyişdirəcək və sizi ruhlandıracaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 6
Baxılıb: 5 585
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri