Yazın rəngarəng palto dəbi

Müəllif: Fialka
Şərhlər: 9
Baxılıb: 5 419
Səs ver:
(səs: 3)
Moda aləmində çox böyük sayda palto fasonları var. Qarderobun bu baza geyimi gözəl zövqün və üslubun rəmzinə çevrilib. Dizaynerlər modapərəst xanımlar üçün hər il müxtəlif rəng və dekorda paltolar təqdim edir.
 
Qış ayları üçün tünd çalarlar keçərli olsa da, bahar yaxınlaşdıqca paltoların rəngi açılır, materialı da fərqlənir. Bir halda ki, təbiət də öz solğun rəngini al-əlvan rənglərlə əvəz edir, biz niyə qara və qonur kimi tünd çalarlara bürünək? 
 
Hər şeydən əvvəl gözünüzün öyrəşdiyi rəngləri unudun. Yadda saxlayın ki, tünd rəngli paltolar aktuallığını çoxdan yadırğayıb. Bundan başqa, tünd çalarlar yazın  al-əlvan geyimləri ilə  yaxşı uzlaşmır.
 
Yuxarıda qeyd etdiyimiz kimi, bir çox moda evləri yaz üçün geniş palitrada paltolar təklif edib. Mövsümün favoritləri sırasına mavi, açıq çəhrayı, yaşıl rənglər daxildir. Həmçinin, süd və karamel rənglər də aktualdır. Rəng bloku da əvvəlki kimi trendlər siyahısındadır. Lakin rəng bloku  geyimdə də iştirak edirsə,  üst geyimi tək rəngdə seçin.
 
Əgər əlvan rəngli palto seçmisinizsə, obrazı əlavə detallarla yükləmək olmaz. Bu halda maksimum dərəcədə yığcam biçimə üstünlük vermək daha yaxşıdır.

 

 

 

 

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 9
Baxılıb: 5 419
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri