Napoleon pencəklərlə parlaq obraz yaradın

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 3 418
Səs ver:
(səs: 3)
Ən nüfuzlu moda evləri bir neçə ildir ki, hərb mövzusuna müraciət etməyi xoşlayır. Napoleon pencəklərin yenidən dəbə qayıtmasını da bu tendensiya ilə əlaqələndirmək olar.
 
İlk  dəfə XIX əsrdə İngiltərə ordusunun geyindiyi bu pencəyi moda dünyasına 1960-cı illərdə "Yves Saint Laurent” markası gətirib. 1967-ci ildə əfsanəvi "Beatles”ın albom qapağı üçün qrup üzvlərinin məhz Napoleon pencəklə poza vermələri bu geyimin dəb aləmində özünəməxsus yer qazanmasına səbəb olub.
 
Bu il Napoleon pencəkləri hər yerdə görəcəyik. Ancaq belə pencək daha çox küçə dəbinə uyğundur. Dostlarla, sevgili ilə görüşərkən və ya alış-verişə gedərkən tərzinizi Napoleon pencəklə tamamlaya bilərsiniz.
 
Napoleon pencəklərin bir çox çeşidi mövcuddur. Bədən quruluşunuzu nəzərə alaraq uzun və ya qısa modellərə üstünlük verə bilərsiniz. Düyməli modellərlə yanaşı, tikməli Napoleon pencəklər də qadınlara çox yaraşır.
 
Aktuallığını qoruyan bohem tərzinə uyğun ətək və donları Napoleon pencəklə geyinmək olar.

 

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 418
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri