Mövsümün ən dəbli trendi: klyoş yubkalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 11 980
Səs ver:
(səs: 4)
Retro üslubunun qayıdışı nə modapərəstlər, nə də dizaynerlər üçün sürpriz olmadı. Retrosayağı, çox geniş yubkalar və donlar podiumları yenidən işğal edib. Müasir qadın qarderobunu ətəklər olmadan təsəvvür etmək çətindir. Yazın gəlişi münasibəti ilə hər bir qız qarderobuna yeni klyoş donlar və yubkalar əlavə edir. Biz onları həm ofisə, həm romantik görüş, həm həftəsonu gəzintilərə, həm də müxtəlif tədbirlərə gedəndə böyük məmnuniyyətlə geyinirik.
klyoş yubkalar 2016-ci ilin ən dəbli və ən seksual trendi hesab edilir. Klyoş fransız sözü olub, tərcümədə zınqırov deməkdir. Bu tərz yubkalar müxtəlif ola bilər, lakin onların midi variantı hazırda daha aktualdır. Klyoş yubkalar küləkli havada sizə tabe olmaya bilər, lakin obrazın romantik alınmasından şübhə etməyə bilərsiniz. Hər halda üzərinizdə vəcdə gəlmiş kişi baxışlarını dəqiq hiss edəcəksiniz. Bu model çox incədir, deməli, kişi fantaziyasını işə salıb onu daha çox həyəcanlandırır. Belə mürəkkəb fason əlavə detallar tələb etmir və qadın bədən quruluşunu valehedici göstərmək kimi vacib məsələnin öhdəsindən özü çox gözəl gəlir. Klyoş yubkaların daha bir üstünlüyü öz populyarlığını heç vaxt itirməməsidir. Onlar modapərəstliyə iddialı olan hər bir xanım qarderobunda çoxdan öz yerini möhkəmlədib.

Əgər əvvəllər ətəkləri ancaq klassik ayaqqabı ilə geyinməyə icazə verilirdisə, indi stilistlər onu müxtəlif ayaqqabı modelləri ilə birləşdirməyi təklif edirlər. Bu da o deməkdir ki, klyoş yubkaları hətta idman ayaqqabıları ilə asanlıqla uyğunlaşdırmağa haqqınız var.

 

 

 

 

 

 

 

 

(səs: 4)
Şərhlər: 9
Baxılıb: 11 980
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri