Müasir Misirin adət ənənələri barədə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 5 826
Səs ver:
(səs: 6)
Tanışlıq zamanı ilk olaraq kişi özünü təqdim edir.Tanışlıqdan sonra isə mütləq "fursa saida" kəliməsi deyilməlidir.Bu "tanışlığa çox şad oldum" deməkdir.Qadının salamlama zamanı əl uzanmasına yaxşı baxmırlar,əlinə toxunmağa icazə verən qadın,bütün bədəninə toxunmağa icazə vermiş olur.
Misirlilər heç vaxt tələsmirlər.Onlar vacib görüşə geciksə və hər hansı vacib qərarı çox düşünüb də versələr təəccüblənməyin.
Misir qadınları adətən hicab geyinirlər.Əgər siz turist kimi Misirdə səyahətdəsinizsə hicab geyinmək məcburiyyətində olmasaz belə,açıq saçıq geyinməməyə də diqqət göstərməlisiz.Eləcə də kişilər qısa şortlar geyinib bayıra yarıcilpaq çıxmalı deyil.Ayaqyalin gəzmək isə,Misirdə feqirliyin göstəricisi sayılır.
Misir ailəsində qadının kişi dostu ola bilməz.Olsa da bu hökmən ərinin dostu olmalıdır.Ər evdə olmayanda evə heç bir kişi gələ bilməz.Hətta bu santexnik və digər ev ustaları olsalar belə.
Evə kişi qonaq gələndə,qadın ona heç vaxt xidmət etmir.Çünki heç bir özünə hörmət edən ərəb,qadınınin başqa kişiyə qulluq etməsinə icazə verə bilməz.Buna görə də qonaq gələn zaman,ər özü qonağa qulluq edir.
Misirlilər çox dindar xalq olsalar da,Quranda haram buyurulan ərzaqları satışda görə bilərsiz.Məsələn,spirtli içki,donuz əti,siqaret və s.
Misirlilər çox inanclı millətdirlər.Onlar gözdəyməyə həddindən çox inanırlar.Burada hər yerdə müxtəlif amuletlərə və gözmuncuqlarına rast gələ bilərsiz.Bir misirli ilə söhbət əsnasında onu həddindən çox tərifləyib iltifat etməyin.Onlar nəzərdən qorxduqları üçün bunu heç sevməzlər.Uşaqlarını da nəzərdən aşırı dərəcədə qoruyurlar.Oğlan uşaqlarının qulaqlarıni deşirlər və üz gözünü hislə qaraldirlar ki,diqqət çəkib gözə gəlməsin.
Gecəyə yaxın saç,dırnaq kəsmək olmaz.Ayaqqabılarını da heç vaxt xacvari şəkildə üst üstə qoymurlar.Bunların pis əlamət olduğuna inanırlar.
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 5 826
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri