Bu qəribə adət ənənələrdən də, xəbərdar olun

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 3 144
Səs ver:
(səs: 1)
1. Eskimoslarin çox qəribə salamlaşma adət ənənələri mövcuddu. Belə ki onların məskənlərinə qonaq gələn zaman, eskimoslar bir sıraya düzülürlər. Gələn qonaq sırayla onlara yaxınlaşir. Qonağın boynunun ardına bir şapalaq vururlar, o da öz növbəsində həmən eskimosu vurmalıdır. Beləliklə keçid alır, növbədə olan digər adama və bu salamlama prosesi ya qonağın ya da kənd sahiblərinin hansınınsa ağrıdan yerə yıxılacagi vaxta qədər davam edir.

2. Şimali Koreya öz acılı və istiotlu yeməkləri ilə məşhurdur. Əgər siz Şimali Koreyada yemək yeyirsinizsə və sizin göz və burnunuzdan su axırsa bunu gizlətməyə çalışmayın. Çünki gözlərin və burnun suyu yeməyin neçə gözəl dadlı olduğunun sübutu kimi qəbul edilir və aşpaza kompliment kimi qəbul olunur.

3. Farer adalarında çox dəhşətli bir adət ənənə mövcuddur. Yerli gənclərin əsl kişi olmalari üçün mütləq onları bir katerə yığıb, delfinlərin sürüylə yaşadıqlari buxtaya aparırlar. Burada onlar yazıq heyvanları, əllərində olan armatur, balta və dəyənəklərlə öldürürlər. Əvvəllər bu adəti aclıq naminə edib delfinlərin ətini yeyirdilərsə, indi ancaq əyləncə naminə edirlər.

4. Rusiyaya XIX əsrin sonlarında Avropadan belə bir adət gəldi. Ölü uşaqların fotolarını çəkmək. O vaxtı uşaq ölümünün çox olduğu dönəmlərdə düşünürdülər ki, onlardan yadigar olaraq bir şəkil qalsın. Buna görə, ölən uşağa ən yaxşı paltarlarini geyindirib, ata anasi bacı qardaşlari ilə bir yerdə otuzdurub şəklini çəkərdilər.

5. Hindistanda 3-cü dəfə arvad almaq qadağandır və bu qanun məhz bu cür səslənir " 3-cü dəfə evlənmək qadağandir, 4 cü, 5 ci arvad almaq qadağan deyil. Buna görə 3-cü arvadi almaq istəyən kişi, bu ayini bir ağacla yerinə yetirir. Ağacı bəzəyirlər və kişini həmən ağac ilə evləndirirlər. Mərasim bitən kimi, ağacı kəsib kişini "dul" elan edirlər və beləliklə o artıq 4-cü dəfə evlənə bilər.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri