Oyulan gözlər, qadın sünnəti - Bəzi ölkələrin dəhşətli adət ənənələri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 4 625
Səs ver:
(səs: 0)
Hindistanda hər il keçirilən Urs Acmer bayramı zamanı minlərlə "inanclı" hindli küçələrdə yürüş edirlər. Müqəddəs hocaya ehtiram əlaməti olaraq isə öz bədənlərinə xəsarətlər yetirirlər. Ən dəhşətlisi isə bu bayram zamanı bəzi insanların iti bıçaqlarla öz gözlərini oymalarıdır.

Əvvəllər Çində qız uşaqlarının 4-5 yaşı olanda onların ayaqlarını bintlərlə sıx bağlayırdılar. Bu ağrılı və uşaqlara zülm verən proses zamanı yaranan ayaq formasına "lotos ayaqlar" deyirdilər. Beləliklə 10 yaşına çatan qız uşağının ayaqları hardasa 10 santimetr ölçüsündə olurdu. Bundan sonra onlara düzgün yerimək öyrədilirdi və 2-3 il sonra ərə verilirdi. Ayaq ölçüsü uğurlu nigah qurmaq üçün ən vacib şərt sayılırdı. Ayağı böyük olan qızlar gülüş hədəfinə çevrilirdilər. Evlilik hazırlıqları zamanı oğlan evi ilk olaraq qızın ayaq ölçüsü və quruluşuyla maraqlanır, daha sonra üz gözəlliyi və başqa cəhətləri barədə soruşulurdu.

Hələ bu günlərdə belə bəzi ölkələrdə qadın sünnət adlandırılan dəhşətli bir adət mövcuddur. Bu çox ağrılı və zülmlü prosedura hal hazırda dünyada yaşayan 84 milyondan çox qadın məruz qalıb. Ən çox da Afrikada mövcud olan bu adət, Asiya və Latın Amerikasının da bəzi hissələrində geniş yayılmışdır. Hətta məlumdur ki, bu ölkələrdən başqa ölkələrə miqrantlıq edənlər də, məskunlaşdiqları ölkədə bu adətlərini davam etdirirlər. Dəqiq rəqəmlər isə məlum deyil, çünki əməliyyatlar gizlin şəklində aparılır. Bu dəhşətli adətin məqsədi, qızlarda bakirəliyi qorumağa və hələ yetişməmiş seksualligi yox etməkdir.Onların zənnincə sünnət olunmamış qız, əxlaqsızliga daha çox meyilli olur. Sünnət olunmamış qızlar üçün ərə getmək də mümkünsüz olur. Bir səbəbi də dini inanclara bağlayırlar. Bunu guya tanrının əmridir deyə edirlər. Lakin son zamanlar bu adətlər yaşayan ölkələrdəki qadınlar, təəccüblə öyrənirlər ki, nə Quranda, nə də Bibliyada bu barədə bir kəlimə də olsun əmr və ya göstəriş yoxdur. Qadın sünnətinin ən geniş yayılmış forması klitorun kəsilməsidir ki, bu da Afrikanın bir çox ölkələrində mövcuddur.

Çinin qərb bölgələrində belə bir adət mövcuddur. Bir qadın və ya kişi subaykən dünyasını dəyişərsə, onu digər subay olan ölü ilə bir qəbirdə basdırırlar. Buna "Ölümdən sonra nigah" deyirlər. Çinlilərin inancına görə, bu mərasim ölən insana xoşbəxt ailə bəxş edir. Hətta başqa qadınla bir yerdə basdırılan kişinin ailəsi, ölən qadının ailəsinə başlıq pulu da ödəyir. Başlığın miqdarı isə 1200 dollar civarındadir ki, bu da adı Çin fermerinin 4 illik gəlirinə bərabərdir. Məhz bu adət Çində cinayətlərin sayının artmasına da gətirib çıxarır. Belə ki, başlıq pulu almaq naminə, cinayətkarlar qadın qəbirlərini qazıb cəsədləri oğurlayırlar. Hətta bir neçə il öncə, bir qadın morqdan kimsəsiz qız cəsədini pulla almaq istəyib. Onun sözlərinə görə, qəbirdə tək yatan qardaşı hər gecə yuxusuna girərək ondan "gəlin" tələb edirmiş.Bir az yoxsul ailələr isə, hansilarin ki, başlıq pulu verməyə imkanı çatmır, subay kişilərini samandan hazırlanmış qadın fiquruyla basdırırlar.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 625
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri