Azərbaycan adətlərində "yengə"..."üzü qara” gəlinlər...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 4 552
Səs ver:
(səs: 1)
Toy gecəsi bəylə gəlini gərdəyə yaşlı qadın salır. Bu, "yengə” adlanır və qızın yaxın qohumlarından biri olur.
Toy günü, yaxud toya bir-iki gün qalmış ərdə olmuş və çox şeylər görmüş yengə qıza ilk gecə nə edəcəyini öyrədir. Əgər oğlan məhəbbət məsələlərində naşıdırsa, oğlanı da öyrədə bilər.
Toy gecəsi o, qapı ağzında gözləyir, "imtahandan” sonra qana bulaşmış mələfəni götürür, bəy və gəlinin ailəsinə qızın "üzüağ” çıxdığını xəbər verir (qız bu "imtahanı” uğurla keçsə, "üzü ağ” sayılır). İki gün sonra qonaqlıq olur. Burada yalnız ərli qadınlar iştirak edir. Onlara qızın "üzünün ağlığının” isbatı olan mələfə nümayiş olunur.

Yengə - seksual mövzuda hər cür tabu və qadağalardan əziyyət çəkən cəmiyyətin ehtiraslı gözüdür. Əsrlərdən bəri sekslə bağlı hər şeyi gizləyən, ayıb bilən ənənəvi cəmiyyət münasibətlərdə istənilən sərbəstliyi və yeniliyi nifrətlə qarşılayır.
Azərbaycanlıların mentaliteti qıza nigahdan əvvəl hər növ münasibəti, flirt'i qadağan edir.

Qadağalara əməl etməyənləri ən alçaldıcı münasibət gözləyə bilər. Hələ keçmiş zamanlardan toy gecəsi bakirə çıxmayan gəlinlərin başlarını keçəl qırxıb, eşşəyin üstündə kənd boyu gəzdirərdilər ki, hamının yanında biabır olsun.

Ancaq bu, ən dəhşətlisi deyildi. Bunu bəy tərəfi edirdi. Öz ailəsində onu daha dəhşətli cəza gözləyirdi. "Ailəsinin, nəslinin adını batırmış”, "üzü qara” gəlinləri (toya qədər bəkarətini itirmişləri belə adlandırırdılar) döyər, üzünə tüpürər, əl-qolunu sındırar, çox vaxt da öldürərdilər. Bu işgəncələrdə bütün ailə iştirak edərdi. Ana, bacılar, xalalar, qardaşlar. Öldürməyi kişilər icra edərdilər.

Oğlan bakirə olmayan qızla evlənməyə razılaşıb, bunu ailəsinə bildirəndə, ən çox etiraz edən ailədəki qadınlar olur.
Müasir Azərbaycanda məsələ bir az başqadır. Bu şərtləri bəyənməyən, ancaq mübarizə aparmağa taqəti olmayan qızları himenoplastika xilas edir.

Xeyli qadın mental əxlaqa, ənənəyə psixoloji cəhətdən qalib gəlib. Ancaq ictimai rəy hələ azad seksual münasibətləri qəbul etmir. Hətta müasir münasibətləri qəbul edən və bakirə olmayan qadınlarla evlənməyə razılaşan oğlanların da çoxu nadir hallarda qərar verə bilirlər.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 552
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri