Meqan Marklın pozduğu kral ailəsinə məxsus ənənələr

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 183
Səs ver:
(səs: 0)
İlin ən çox danışılan hadisəsi Meqan Markl və şahzadə Harrinin toyu oldu desək, yanılmarıq. Cütlüyün nişanlanması barədə rəsmi açıqlama verilmədən onlar haqqında dedi-qodular artıq yayılmışdı. Lakin Meqanın pozduğu tək kral ailəsi ənənəsi bu deyildi..

Meqan 2017-ci ilin sentyabr ayında münasibət rəsmiləşmədən Vanity Fair jurnalına müsahibə verdi və şahzadə ilə biri birlərinə aşiq olduqlarını açıqladı. Bu isə kral ailəsinin adət və ənənələrinə ziddir.
Şahzadə Uilyam və Keyd Midltonla müqayisədə şahzadə Harri və Meqan hislərini kütlə arasında nümayiş etdirməkdən çəkinmir.

Meqan Marklın pozduğu kral ailəsinə məxsus ənənələr

Meqanın daha əvvəl bir evliliyi olmuşdur. O, rejissor Trevor Engelson ilə 10 il birlikdə və 2 il rəsmi nikahda olmuşdur. Cütlük 2013-cü ildə yollarını ayırmışdır. Belə bir hal daha öncə kral VIII Eduardın başına gəlmişdir. Kral daha əvvəl evli olan sevdiyi qadın ilə evlənmək üçün 1936-cı ildə taxtını tərk etmişdir. Xoşbəxtlikdən bu artıq qadağa sayılmır.
Markl sıradan bir ailədə doğulmuşdur. Onun anası sosial işçi və yoqa müəllimidir. Atası isə çəkiliş meydançalarında işiqlandırma sisteminin quraşdırılması ilə məşğul olur. Meqan şöhrəti çətinliklə yaxalamışdır. Ancaq bununla o, hər kəsə hər şeyin mümkün olduğunu sübut etmişdir.
Meqan mərasimin sonunda nitq səsləndirmişdir. O, kraliçanı, şahzadə Çarlz və kral ailəsinin digər üzvlərinə isti münasibət üçün təşəkkürünü bildirmiş və «Mən öz şahzadəmi tapdım» cümləsi ilə nitqini bitirmişdir.

Adətlər və qaydalar pozulmuş olsa belə, onların sevgisi əbədi davam edəcəkmiş kimi görünür. Bundan daha vacib nə ola bilər?

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 183
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri