Burada gəlinin paltarı tut ağacının kötüyündən hazırlanır.
Pakistan
Burada gəlinin əlinə toydan bir neçə gün qabaqdan xınayla bəzək vurulur. Bu mərasim Mehendi adlanır.
Nigeriya
Burada gəlin toya qədər və toydan sonra ilk vaxtlar kökəlməsə, bəyin onu ata evinə göndərmək haqqı var.
Koreya
Artıq iki min ildir ki, bəy və gəlin Hanbok geyinirlər. Bu geyim adətə görə rəngli və zolaqlı olmalıdır.
Keniya
Bəy qadınları anlamaq üçün toyun birinci ayında qadın paltarı geyinməlidir.
Marokko
Burada gəlinlər çoxlu milli bəzək əşyaları taxırlar.
Namibiya
Namibiyada gəlinlər fata əvəzinə "Ekori" adlanan keçi dərisindən xüsusi baş geyimi taxırlar.
Şotlandiya
Kişilər toya dəvətlilərə ənənəyə uyğun geyim - yun parçadan tikilmiş kilt, köynək və uzun corab geyindirirlər.
Efiopiya
Efiopiyada Surma tayfasının adətinə görə, qızların toydan qabaq alt dişləri çıxarılır və onun yerinə gildən disk taxılır. Diskin diametri çox olarsa, gəlinin cehizi də çox olacaq mənasına gəlir.
Yoruba xalqı
Yoruba xalqının toy mərasimində gəlin məclisə duvağın altında çıxır. Bəy və bəyin dostları isə onun qarşısında səcdə edirlər.
Yava adası
Adada nikah qeydə alınmazdan əvvəl cütlük ailə büdcəsinə 25 siçovul quyruğu ödəməlidir.
Yaponiya
Yapon adətinə görə, cütlüklər toy mərasimində 9 fincan sake içməlidir.
Albaniya
Burada gəlin ailə adətinə görə 3 gün, 3 gecə ərinin hücumlarına müqavimət göstərməlidir. Bu yolla o, pis ruhları qovur.
Çin
Gəlini valideynləri qırmızı arabada gətirir.
Nen xalqı
Nenlər toyda qonaqlara maral əti verirlər.
Əfqanıstan
Kişilər toyda Cəlilabad küçələrində rəqs edirlər. Qadınlar isə toyu evdə qeyd edirlər.
Trombrian adası
Bu ada Yeni Qvineyaya yaxındı. Burada yeni evlənənlər hamının gözü qarşısında bir boşqabdan yemək yeməlidirlər. Bu zaman onlar evli sayılırlar.
Malayziyada
Malaziyada çay dəstgahı zamanı bəy və gəlin böyüklərə çay süzürlər.
Bali adası
Balidə toy süfrəsi arxasında ancaq qadınları görmək olar. Kişilər isə bu vaxt qadınların həvəslə yediyi yeməkləri hazırlayırlar.
Makedoniya
Burada gəlin öz gəlinliyini tikməli və atın tərkində gəzməyi öyrənməlidir.