Azərbaycanda toy adətləri - bayramlıq, danışığagəlmə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 15 838
Səs ver:
(səs: 1)
Bayramlıq - Bayram xonçası
Toya qədər bütün bayramlarda qız evinə bayramlıq gətirərlər. Bunlardan ən maraqlısı Novruz bayramında gəlir. Bu bayrama oğlan evi həvəslə hazırlaşır. Ya axır çərşənbədə, ya da bayram axşamında gəlinə bayramlıq gətirərlər. Gətirilən hədiyələrdə qıza qırmızı rəngli paltar, yaylıq və bir zinət əşyası da olar. Əlavə olaraq qız evinə başına xına qoyulmuş buynuzlu qoç da gətirilir.

Bundan başqa şəkərbura, paxlava, qatdama, qoz-fındıq, innab, xurma ilə dolu xonçalar, şamlarla bəzədilmiş səməni və səbətlər gətirilir. Burada müxtəlif bölgələrin adətlərinə əsasən müəyyən fərqlər də vardır. Misal üçün, cənub bölgəsində bayram xonçasında gəlin üçün mütləq balıq aparılır. Balığın burnuna qızıl üzük taxılır. Gəlinin başına, əlinə, ayağına bayram gecəsi xına yaxılır.

Danışığagəlmə
Oğlan evi toya hazır olduqda qız evinə bu barədə danışığa gələcəyi haqda xəbər göndərir. Danışıqda oğlan evi tərəfindən əsasən kişilər iştirak edirlər. Qız tərəfdən isə qız atası və məslənət bilinən qohumlar olur. Hər iki tərəfdən qadınlar iştirak etsələr də qadınlar lazım olan anda söhbətə qoşulurlar. Zaman keşdikcə bu adət birgə məsləhətləşməyə cevrilmişdir.

Danışıqda toy günü təyin olunur və toyun musiqiçiləri müəyyənləşir. Toyun xərcini oğlan evi çəkir. Bəzi hallarda qız evi imkanlı olduqda bu xərcdən imtina edir və ya xərci birgə çəkirlər. Toy razılığı istənilən halda bir görüşdə həll edilir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 15 838
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri